Fövqəladə hallar
naziri Astarada vətəndaşları
qəbul edib
Fövqəladə
hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov
fevralın 20-də Astara Rayon Yanğından Mühafizə
Hissəsinin inzibati binasında vətəndaşları qəbul
edib.
AzərTAc
xəbər verir ki, qəbulda Astara, Lənkəran, Lerik,
Masallı, Yardımlı və Cəlilabad rayonlarının
sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti
məskunlaşmış məcburi köçkünlər də
iştirak ediblər.
Nazirliyin
müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə
hallar komissiyaları sədrlərinin də iştirak etdikləri
qəbul zamanı müraciətlərin əksəriyyəti
işə qəbul, qəzalı vəziyyətdə olan evlərin
təmiri və digər məsələlərlə
bağlı olub.
Fövqəladə
hallar naziri tərəfindən qəbul edilən 24 vətəndaşın
müraciətlərinin bir çoxu yerindəcə öz həllini
tapıb, bir sıra məsələlərlə bağlı
qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin
görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə
tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri
ilə bağlı 215, digər məsələlərlə
bağlı müraciət etmiş 231 vətəndaş nazir
müavinləri və nazirliyin müvafiq qurum rəhbərləri
tərəfindən qəbul olunub.
Nazir
Kəmaləddin Heydərov hər bir vətəndaşın
müraciətinin diqqətlə
araşdırılmasını və qaldırılan məsələlərin
operativ həll olunmasını müvafiq strukturların rəhbərləri
qarşısında mühüm vəzifə kimi qoyub.
Azərbaycan.-2015.- 21 fevral.- S.3.