Küveyt Dövlətinin Əmiri
Əlahəzrət
şeyx Sabah əl-Əhməd
əl-Cabir əs-Sabaha
Əlahəzrət,
Küveyt
Dövlətinin milli bayramı münasibətilə Sizi və
Sizin simanızda bütün xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı və
xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və
rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 23 fevral 2015-ci il.
Azərbaycan.-2015.- 25 fevral.- S.1.