Prezident İlham
Əliyev Mingəçevir “Kür” Olimpiya
Tədris-İdman Mərkəzində olub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə
səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də
Mingəçevirə səfəri çərçivəsində
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına birinci Avropa Oyunlarına hazırlıqla bağlı burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq yenidənqurma tədbirləri son mərhələyə daxil olub və bu qəbildən işlər mərkəzin otel hissəsini də əhatə edib.
Qeyd edək ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Bir neçə aydan sonra ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının bəzi yarışları bu mərkəzdə təşkil olunacaq.
Xatırladaq ki, bu il iyunun
12-dən 28-dək keçiriləcək birinci
Avropa Oyunlarında 49 ölkədən 6
mindən artıq idmançı 20 idman
növündə mübarizə aparacaq.
Azərbaycan.-2015.- 25 fevral.- S.3.