Prezident İlham
Əliyev Avropa İttifaqının xüsusi
nümayəndəsinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də
Avropa İttifaqının insan hüquqları üzrə
xüsusi nümayəndəsi Stavros Lambrinidisin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Görüşdə
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin
inkişafından məmnunluq ifadə olundu və bu əlaqələrin
müxtəlif sahələrdə genişləndirilməsinin
önəmi qeyd edildi. Söhbət zamanı əməkdaşlığımızın
iqtisadi, enerji, nəqliyyat, insan hüquqları, demokratiya və
digər sahələrdə vəziyyəti və perspektivləri
ilə bağlı məsələlər ətrafında
geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2015.- 25 fevral.- S.3.