Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

 

Fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi sükutla yad edildi.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsini təşkil edir. Bu kütləvi qırğından əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bir sıra yaşayış məntəqələrində əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirmişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmişbu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Oqtay Əsədov daha sonra dedi: “Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görülən tədbirlər geniş vüsət almışdır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir. Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası da realkonkret nəticələrini verməkdədir”.

İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, HondurasSudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, BosniyaHerseqovina, Serbiya, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 15 ştatının icraqanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər. “Bütün bunlar möhtərəm Prezident İlham Əliyevin və onun başçılıq etdiyi hökumətin, həmçinin Milli Məclisin, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin nəticəsidir. Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə Milli Məclisin 20 deputatı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, İtaliyada, Niderlandda və İsraildə keçirilən Xocalı faciəsi qurbanlarının anım mərasimlərində iştirak edir. Biz əminik ki, Xocalı soyqırımını törədənlər cəzasız qalmayacaqlar. yolla olursa-olsun, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının da, digər cinayətlərin də bütün təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaqlar” -deyə Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi.

“Azərbaycanın üzləşdiyi təcavüz aktı, xalqımıza qarşı törədilən cinayətlər, etnik təmizləmə və milli-mədəni abidələrimizin, tarixi abidələrimizin dağıdılması istiqamətində beynəlxalq erməniliyin və erməni maraqlarına xidmət edən dairələrin dəstəyi ilə Ermənistanın törətdiyi vandalizm aktları dünya ictimaiyyətinə çatdırılmaqdadır”. Bu fikri isə Milli Məclisin Sədr müavini Bahar Muradova səsləndirdi.

Bahar Muradova vurğuladı ki, əvvəllər Xocalı soyqırımının şokunu yaşayırdıqsa, bu gün çox haqlı olaraq beynəlxalq ictimaiyyətin diqqətini bu cinayəti törədənlərin üzərinə yönəltməkdəyik və hesab edirəm ki, bu da öz müsbət nəticələrini verir. Bu onu göstərir ki, Azərbaycanın rəsmi diplomatiyası, parlament diplomatiyası, vətəndaş cəmiyyəti, ziyalılarımız, elm adamlarımız və ümumən hər kəs öz səylərini bu istiqamətə yönəltdiyi təqdirdə çox ciddi nəticələr əldə etmək mümkündür. Bu istiqamətdə beynəlxalq parlament assambleyalarındakı fəaliyyətin əhəmiyyətinə toxunan Bahar Muradova dedi: Bu günlərdə keçirilən ATƏT Parlament Assambleyasının qış sessiyasının gündəliyinə digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, ermənilərin cinayətlərinə dünya ictimaiyyətinin münasibət bildirməsi, Minsk qrupunun fəaliyyətinin genişləndirilməsi kimi məsələlər də çıxarıldı. Ermənilər hər dəfə hadisələrin günahını Azərbaycanın üzərinə atır, Xocalı soyqırımının günahkarının Ayaz Mütəllibov və AXC hakimiyyətinin olduğunu deyirlər. Ardınca da əsaslandırırlar ki, Xocalıda, fevralın 25-dən 26-na keçən gecə əhalinin şəhəri tərk etməsi üçün dəhliz yaradılmışdı. Bundan istifadə üçün Azərbaycan tərəfi lazımi addımlar atmayıb. Bu onu sübut edir ki, bizim bəzi siyasətçilər bəzi yaxın siyasi hədəfləri güdərkən açıqlamalarına diqqət yetirmirlər. Və bu açıqlamalar sonra məhz həmin cinayətkar ermənilər tərəfindən bizə qarşı istifadə edilir. Biz erməni nümayəndə heyətinin bu iddiasından çıxış edərək məsələni daha ciddi şəkildə ortaya qoyduq. Sual olundu ki, fevralın 25-dən 26-a keçən gecə 20 dərəcə şaxtada Xocalı sakinlərinə niyə dəhliz yaradılmışdı? Niyə Xocalı sakinləri öz evlərini tərk etməli idilər? Məgər bu, etnik təmizləmə deyildimi? Bu ərazinin azərbaycanlılardan təmizlənməsi və onlara qarşı soyqırımı aktı deyildimi? Təbii ki, bu suallar qarşısında Ermənistan nümayəndə heyətinin verməyə cavabı qalmadı və parlamentarilər də məsələnin mahiyyətinin nə yerdə olduğunu başa düşdülər”.

Bahar Muradova bildirdi ki, deputatların toxunduğu məsələ bu barədə olmalıdır. Çünki elə bir tarixi ərəfədəyik ki, bütün fikirlərimiz məhz Xocalı soyqırımı, Dağlıq Qarabağ problemi ətrafında və Ermənistanın yalanlarının ifşa edilməsi istiqamətində olmalıdır.

Deputat Siyavuş Novruzov qeyd etdi ki, hazırda ermənilər qondarma “soyqırımının” yüz illiyinə hazırlaşırlar. Həmin soyqırımının saxtauydurma olduğunu sübut edən ən mühüm fakt isə ermənilərin Xocalıda azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımıdır. Ermənilər iddia etdikləri öz qondarma soyqırımının araşdırılması ilə bağlı arxiv sənədlərini açmaqdan imtina edir, bununla bağlı əməkdaşlıqdan qaçırlar. Lakin Xocalı soyqırımı ilə bağlı bütün sübutlar varbu hadisənin şahidləri həyatdadırlar. Siyavuş Novruzov əlavə etdi ki, bu gün Xocalı soyqırımının beynlxalq miqyasda tanıdılması işlərinin daha da genişləndirilməsinə çalışmaq lazımdır. Çünki bu ermənilərin qondarma soyqırımı iddialarına vurulan böyük zərbədir.

Deputat Fazil Mustafanın sözlərinə görə, Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması üçün müasir informasiya kommunikasiya texnologiyalarının imkanlarından səmərəli yararlanmaq lazımdır. O cümlədən kiçik həcmli kliplər çəkilməli, soyqırımına hüquqi qiymətin verilməsinə hesablanan addımlar atılmalıdır.

İclasda deputatlardan Fərəc Quliyev, İqbal Ağazadə, Vahid Əhmədov Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatının devalvasiyası ilə bağlı qərarına da münasibət bildirdilər. Deputat Zahid Oruc Azərbaycan Mərkəzi Bankının qərarının doğru olduğunu bildirdi. Onun sözlərinə görə, maliyyə sabitliyinin saxlanılması üçün bu, mühüm addımdır.

Bu məsəlyə Milli Məclisin Sədri Oqtay Əsədov da münasibət bildirdi. Ajiotaj yaratmağa ehtiyac olmadığını deyən Milli Məclis Sədrinin sözlərinə görə, əhalinin banklarda olan əmanətlərinə ziyan dəyməyib. Spiker onu da qeyd etdi ki, Azərbaycanın valyuta rezervləri varbiz bu rezervlərin hamısını məzənnəyə görə itirə bilmərik. Qiymət məsələsinə toxunan Oqtay Əsədov dedi ki, məhsulların 70 faizi ölkə daxilində istehsal olunur və nəyə görə, yerli istehsalda qiymət artımı olmalıdır? İndiki ərzaqlar məzənnə dəyişməzdən qabaq alınıb. Onların qiyməti nədən qalxmalıdır? Oqtay Əsədov onu da vurğuladı ki, qiymətlərin qalxmasının qarşısını almaq üçün hökumət tədbirlər görür.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə dedi ki, dünya iqitsadiyyatında baş verən proseslər hamıya məlumdur. Neftin qiymətinin aşağı düşməsi yeni gərgin situasiya yaradıb. 2015-ci il dövlət büdcəsində neftin 1 barreli 90 dollar nəzərdə tutulub. Amma indi qiymət 60 dollar civarındadır. Bu vəziyyət ilin sonuna kimi davam edərsə, Azərbaycanın itkisi 6-7 milyard manat olacaq.

Ziyad Səmədzadənin sözlərinə görə, manatın sabit qalması üçün Mərkəzi Bank hər il 2-2,5 milyard investisyadan istifadə edirdi. Ekspertlər bildirirlər ki, bu uzun müddət davam edə bilməz. Belə bir prosesin uzun müddət davam etməsi bankın ehtiyatlarının tükənməsinə gətirib çıxarar. Azərbaycan Mərkəzi Bankının intervensiya etdiyi valyutanın miqdarı Ermənistanın büdcəsi qədərdir. Son 10 ildə ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişafı təmin edən amillərdən biri pul-kredit siyasətidir.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edildi. Qanun layihələri ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliİqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdilər. Qeyd olundu ki, dəyişikliklər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 201-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli 566 nömrəli Fərmanından irəli gəlir və ölkə vətəndaşlarının daşınmaz əmlaka münasibətdə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması hüququnun təmin edilməsi məsələlərini nəzərdə tutur. Qanun layihələri təsdiq olundu.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli HüseynliSosial siyasət komitəsinin sədri Hadi Rəcəbli İnzibati Xətalar Məcəlləsində və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məsələləri müzakirəyə təqdim etdilər. Bildirildi ki, dəyişikliklər əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, vətəndaşların ixtisaslaşdırılmış tibbi yardım almaq imkanının genişləndirilməsinə və tibb fəaliyyəti ilə məşğul olan şəxslərin bu sahədə məsuliyyətinin artırılmasına yönəlib. Hər iki qanun layihəsi təsdiq olundu.

Sonra “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edildi. “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif olunan dəyişikliklər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə idarəçiliyinin təkmilləşdirilməsi, hakimlərin müstəqilliyinin gücləndirilməsi məqsədindən irəli gəlirdi. Layihədə rayon (şəhər), hərbi və inzibati-iqtsadi məhkəmə sədrinin müavininin səlahiyyətləri öz əksini tapmışdı. “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif olunan dəyişikliklər isə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 iyun tarixli 1008-IVQD nömrəli Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gəlirdi. Yekunda qanun layihələri təsdiq olundu.

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun qüvvəyə minmə müddətinin dəyişdirilməsi barədə qanun layihələrini müzakirəyə təqdim etdi. “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən ünvanlı sosial yardımın 2 il müddətinə təyin olunması, növbəti layihədə isə “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun 2015-ci il iyunun 1-dən qüvvəyə minməsi öz əksini tapmışdı. Qanun layihələri təsdiq olundu.

İclasda qısa müzakirələrdən sonra İnzibati Xətalar Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə də müsbət münasibət bildirildi.

Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə müzakirəyə təqdim etdi. Bu qanunlara təklif olunan dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 08 iyul tarixli, 621 ¹-li Sərəncamına əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1000-IVQD nömrəli Qanunundan irəli gəlirdi. Qanun layihələri təsdiq olundu.

İclasdaTibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər də təsdiq olundu. Dəyişikliklər “Tibbi sığorta haqqında” qanunuİcbari sığortalar haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Daha sonra İnzibati Xətalar Məcəlləsində və “Televiziyaradio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulmasına görə sankisiyaların sərtləşdirilməsini, “Televiziyaradio yayımı haqqında” qanuna təklif olunan dəyişikliklər isə televiziyaradio yayımçılarına verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və ya ona xitam verilməsi ilə bağlı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının səlahiyyətlərinin artırılmasını nəzərdə tuturdu. Qısa müzakirədən sonra qanun layihələri təsdiq olundu.

İclasda “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi bərədə qanun layihəsi də müzakirə edildi. Qeyd edək ki, dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 03 mart tarixli, 119 ¹-li Fərmanının 6-cı bəndinin icrasını təmin etmək məqsədindən irəli gəlirdi. Deputatlar məsələyə müsbət münasibət bildirdilər.

Milli Məclisin dünənki iclasının birinci hissəsində son olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olundu. Məcəlləyə dəyişikliklər “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrası məqsədilə edilir. Qanun layihəsi təsdiq olundu.

Qısa fasilədən sonraElm haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olundu. Qanun layihəsini Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev təqdim etdi. Onun sözlərinə görə, bu qanun Azərbaycanda elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elminelmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edəcək. Qanun həmçinin, ölkənin iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirəcək. Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında, milli mənafelərin qorunmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsində, davamlı inkişafın və milli təhlükəsizliyin təmin olunmasında elmin iştirakı bu qanunla tənzimlənəcək.

Ş.Hacıyev qeyd etdi ki, qanun layihəsi hazırlanarkən bu sahədə beynəlxalq təcrübə geniş şəkildə öyrənilmiş və Azərbaycan reallıqlarına uyğun tətbiq edilmişdir. Bildirildi ki, ölkəmizin milli maraqlarına xidmət edən elm sahələrinin inkişaf etdirilməsi olduqca vacibdir. Qanun layihəsində elmin inkişafı baxımından dövlət proqramlarının qəbul edilməsinin vacibliyinə xüsusi diqqət yetirilib. Çünki elmin inkişafı sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və tətbiqi dövlət siyasətinin həyata keçirilməsində müstəsna rola malikdir. Elmi nəticələrin istehsalatda tətbiqini bu sahədə müasir, innovativ yeniliklərsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan müzakirəyə təqdim olunan sənədi təkmil hesab etmək olar. İstedadlı işçilərin elmə cəlb edilməsi də təqdim olunan qanun layihəsinin əsas maddələrindən birini təşkil edir. Qanun layihəsində elmi fəaliyyətin maliyyələşməsi məsələsi də çox ciddi mərhələ kimi qarşıda dayanıb. Bu məsələ ilə bağlı demək olar ki, müəyyən ortaq məxrəcə gəlinib.

Komitə sədri sonda vurğuladı ki, elmə çəkilən xərclərin təqribən 90 faizi dövlət büdcəsi hesabına ödənilir. Bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci yerdədir.

Sonra qanun layihəsinin müzakirəsinə başlanıldı. İlk olaraq deputatlardan Zahid Oruc və Gülçöhrə Məmmədova sənəd barədə öz fikir və təkliflərini səsələndirdilər. Qeyd olundu ki, qanun layihəsi dövrün tələblərini tam əks etdirirelmi ictimaiyyət tərəfindən çoxdandır ki, gözlənilir. Bu sənəd milli təhlükəsizlik baxımından da ciddi əhəmiyyətə malikdir.

Deputat, akademik İsa Həbibbəyli belə bir qanunun hazırlanmasına ciddi ehtiyacın olduğunu dedi. Bildirdi ki, Azərbaycan hökumətinin həyata keçirdiyi elm siyasəti qanunvericilik şəklində əksini tapmalı idi. Ona görə də bu qanun Azərbaycanda elm siyasətini həyata keçirmək üçün hüquqi baza rolunu oynayacaq və müstəqil Azərbaycanda aparılan elm siyasətinin ana xəttini təşkil edəcək.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov isə xalqların intellektual səviyyəsinin yüksəlməsində elmin xüsusi rolunun olduğunu vurğuladı. Bildirdi ki, müzakirəyə təqdim olunan qanun layihəsi hərtərəfli nəzərdən keçirilibçox sevindirici haldır ki, gözlənilən müddəaların hər biri sənəddə əksini tapıb.

Deputat Fəzail Ağamalı “Elm haqqında” qanun layihəsinin hazırlanmasını tarixi hadisə kimi qiymətləndirdi. Qeyd etdi ki, qanun Azərbaycan elminin inkişafına ciddi təkanlar verəcək. İstər elmə olan dövlət dəstəyi, istərsə də elmin gələcək inkişafını təmin edən amillər qanunda yüksək peşəkarlıqla təsbit olunub.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə vurğuladı ki, dəqiq elm gəlir gətirmirsə, ondan tamamilə uzaqlaşmaq lazımdır. O, bildirdi ki, elm mövcud informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə tətbiq edilmirsə, bu tədqiqat işi nəyə və kimə lazımdır?!

Deputat Əli Məsimli Azərbaycanda kifayət qədər güclü elmi potensialın olduğunu dedi. Onun sözlərinə görə, bu potensialı hərəkətə gətirməklə yaxşı nəticələrə nail olmaq mümkündür.

Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov isə AMEA-nın ölkəmizdə elm siyasətini həyata keçirən bir qurum olmasının qanun layihəsində öz əksini tapmasını müsbət hal kimi qiymətləndirdi.

Çıxış edən deputatlardan İsmayıl Hacıyev, Elton Məmmədov, Aytən Mustafayeva, Leyla Abdullayeva, Astan Şahverdiyev, Sahibə Qafarova, Qüdrət Həsənquliyev, Aqiyyə Naxçıvanlı, Əhməd Vəliyev və Rafiq Məmmədhəsənov daElm haqqında” qanun layihəsinin vacibliyindən danışdılar. Qeyd olundu ki, bu qanun elm sahəsində mövcud olan bir çox problemlərin həllini təmin edəcək və onun gələcək inkişaf perspektivlərini müəyyənləşdirəcəkdir.

Sonda Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sözügedən qanun layihəsi çərçivə qanundur. Yəni gələcəkdə imkan olduqca bu qanuna əlavə və düzəlişlər etmək mümkün olacaq.

Bununla daElm haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

 

Rəşad CƏFƏRLİ,

Elgün MƏNSİMOV,

Azərbaycan.-2015.- 25 fevral.- S.4.