Azərbaycanın suyuna, havasına,

 torpağına, sərvətlərinə qənim kəsilənlər...

 

Ermənistanın işğalçılıq və ekoloji terrorizm siyasətinin acı nəticələri

 

Hər hansı bir ölkə tərəfindən və yaxud şəxslər tərəfindən bilərəkdən, düşünülmüş surətdə digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyan ekoloji terror hesab edilir. Artıq neçə illərdir ki, ölkəmiz mənfur qonşularımızın törətdiyi ekoloji terrordan əziyyət çəkir. Hazırda Ermənistanın Azərbaycana qarşı apardığı terror müharibəsi, aktiv silahlı mübarizə formasından “soyuq terror müharibəsi” fazasına transformasiya olunaraq, müxtəlif üsullarla həyata keçirilir. Ermənistanın Azərbaycana qarşı yürütdüyü bu terror siyasəti ideoloji, elmi, mədəni, mənəvi, informasiya, sosial sahələri əhatə etməklə, bir növ kiberterror səviyyəsinə çatdırılıb. Ermənistan Azərbaycan ərazilərini işğal etməklə və qəsdən ekoloji terrora üstünlük verməklə bütün bəşəriyyət qarşısında məsuliyyət daşıyır. Müasir dövrdə beynəlxalq təşkilatlarda, həmçinin respublikamızda terrorizmə qarşı mübarizəni gücləndirmək məqsədilə bir sıra normativ, hüquqi və təşkilati sənədlər qəbul edilib, xüsusi əhəmiyyətli,yüksək təhlükəlilik dərəcəli obyektlərin qorunması məqsədilə antiterrorizm tədbirləri hazırlanaraq həyata keçirilməkdədir. Azərbaycan Respublikası sosial-iqtisadi sahədə sürətlə irəliləməklə yanaşı, həm də beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edən dövlətlərdən biridir. Çünki terroraişğala məruz qalan ölkə olaraq Azərbaycana dəyən maddi-mənəvi ziyanın miqyası həddən artıq böyükdür. Bu itkilərin həqiqi ölçülərini ortaya qoymaq üçün Azərbaycan hökuməti tərəfindən 26 aprel 2014-cü il 51s saylı sərəncamla yaradılan “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrup” qarşısında olduqca mühüm vəzifələr durur.

Yeri gəlmişkən qeyd edək ki, öz təsnifatı üzrə bütün itki və tələfatları əhatə edən hesablamalar “Beynəlxalq Qiymətləndirmə Standartları”nın tələblərinə uyğun, həm də səlahiyyətli xarici ekspertlərin iştirakı ilə aparılacaqdır. Həmin ekspertlərin əsas tərkibi beynəlxalq sertifikatı olan hüquqşünaslardan və qiymətləndiricilərdən ibarət olacaq. Hərbi ekologiyaterrorizm nəticəsində Azərbaycana dəyən itkilər və tələfatların bu təsnifatda xüsusi çəkisi vardır. Onu da qeyd edək ki, işğal olunan ərazilərdə Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ətraf mühitin zəhərlənməsindən nəinki Azərbaycan, həm də qonşu ölkələr - İran İslam Respublikası, Türkiyə Cümhuriyyəti, GürcüstanRusiya Federasiyası da əziyyət çəkməkdədir. Bu mənada ekoloji terrorizmin qarşısının alınması, əhalinin ekoloji təhlükəsizliyinin mühafizəsi və ətraf mühitin qorunması həm də bütün bəşəriyyətin sağlam yaşaması üçün şəraitin təmin edilməsi deməkdir.

Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti öz mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir. 1988-ci ildən başlayaraq ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda bütün yaşayış məntəqələrinin, şəhər və kəndlərin dağıdılması, dinc əhaliyə divan tutulması, eyni zamanda, bitkiheyvanlar aləminin də məhvi ilə müşayiət olunurdu. Hamıya məlumdur ki, Ermənistan bütövlükdə Qafqaz regionunda etnik təmizləmə siyasətini yürüdən işğalçı dövlət olmaqla yanaşı, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə xidmət edən bir dövlətdir. İşğal olunmuş ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitə vurulan ziyan regionda ekoloji tarazlığın pozulmasına səbəb olubdur. Yüzlərlə yaşayış məntəqəsi ermənilər tərəfindən qarət edilərək dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri tamamilə sıradan çıxarılıb, dəmir yolu xətləri sökülərək yararsız hala salınıbdır. Hazırda da erməni tərəfi döyüş mövqelərində və hərbi hissələrin yerləşdiyi ərazilərdə ətraf təbii mühitin mühafizəsinə dair qəbul olunmuş beynəlxalq normativ hüquqi sənədlərə və qanunlara məhəl qoymur. Hətta işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, çoxillik qiymətli ağacların kəsilməsi və daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus hərbi texnikadan geniş istifadə edilir. Özü də meşələrin qırılması yalnız hərbi məqsədlər üçün deyil... Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə rayonu istiqamətində Talış, Gülüstan, Baranbart, Tonaşen meşələrində, habelə Azərbaycana məxsus Araz çayı boyu ərazilərdə 1000 hektar sahədə Xan çinarı, Eldar şamı, fıstıq, saqqız ağacı, palıd və digər çoxillik ağac növləri amansızcasına qırılmaqdadır. Azərbaycan ərazilərindəki döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi zamanı da çəkilən yollar altında qalan yenə saysız-hesabsız nadir ağac növləridir. Faktlara müraciət edək: Ərazisi 25 min km2 olan Laçın meşələri ermənilər tərəfindən xarici şirkətlərə icarəyə verilib və həmin sahələr Ermənistan silahlı qüvvələrinin vasitəçiliyi ilə qırılaraq daşınır. Bu meşələrdəki 4000 hektardan artıq qırmızı palıd hazırda ermənilər tərəfindən amansızlıqla doğranaraq müxtəlif ölkələrə satılmaqdadır. Həmin meşələrdəki təbii halda bitən külli miqdarda iri qoz ağacları da qırılaraq mebel istehsalı üçün qonşu dövlətlərə daşınır. Bundan əlavə, 250 min hektar meşə sahəsi nüvə tullantıları ilə çirkləndirilib.

Ermənistan silahlı qüvvələrinin hərbi fəaliyyəti nəticəsində ətraf təbii mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki, balıq və heyvan növləri məhv edilir, florafaunaya külli miqdarda ziyan vurulur, Tez-tez təmiz su mənbələrinin kimyəvi çirklənməsi baş verir, çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanır, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilir. Digər tərəfdən, Azərbaycan ərazilərindəki döyüş mövqelərində hər gün nə qədər canlı minaların partlaması nəticəsində də məhv olur. Beləliklə, həm torpaq örtüyünün, ekologiyanın, həm də bütün regionun zərərinə olan proseslər baş verir.

Məlumdur ki, respublikamızda 126,6 milyon kubmetr oduncaq ehtiyatı mövcuddur (Lesnoy fond SSSR, I tom, 1986). Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində 247 352 hektar meşə sahəsi (Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin 3 oktyabr 2005-ci il tarixli məlumatı) qalıbdır ki, bu da Ermənistanın bütün meşələrinin 55 faizindən artıqdır. Bütövlükdə Azərbaycan meşələri isə Ermənistan meşələrindən 2,5 dəfə çoxdur (Lesnoy fond SSSR, I tom, 1986). Bu meşələri təşkil edən Cəbrayıl rayonundakı yaşı 500-800 illə ölçülən Şərq çinarları da artıq məhv olmaq üzrədir. Kiçik Qafqazın aşağı hissəsində - Mehri, Zəngilan və Qubadlı rayonları ərazisindəki meşələrlə yanaşı, bu yerlərin əbədi “sakin”ləri olan dağ keçisi, cüyür, qaban, ayı və digər vəhşi heyvanlar kütləvi şəkildə ovlanaraq məhv edilməkdədir. Hazırda işğal altında olan Şuşa, Kəlbəcər və Ağdərə rayonlarının meşələrindəki nadir qırmızı palıd, fıstıq, qırmızı şam, göyüş, çinar, qoz, ayı fındığı və digər dekorativ ağac növləri də ermənilər tərəfindən qırılaraq mebel sənayesi üçün müxtəlif ölkələrə daşınmaqdadır. Bu rayonlarda həm də 152 ədəd qiymətli ağac növü, 13197, 5 ha nadir meşə sahələri, 5 ədəd geoloji obyekt, müxtəlif tarixi abidələr mövcud idi. Çoxsaylı mənbələrdən alınan məlumatlara əsasən, hazırda Azərbaycana məxsus həmin sərvətlər vəhşicəsinə məhv edilir.

Hamıya məlumdur ki, işğal altındakı ərazilərdə respublikadünya miqyaslı abidələr vardı. Onlardan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidələri kimi UNESCO-nun siyahısına düşsə də, indi bu nadir abidələr erməni vandalizmi nəticəsində başqa abidələr kimi yararsız vəziyyətdədir. Eyni taleyi işğal altındakı digər abidələr də yaşamaqdadır. Belə ki, vaxtilə Şuşa rayonunda 190 hektarlıq qoruq zonasında 235 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları qeydə alınmışdırsa, indi onların varlığı belə sual altındadır.

Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərindədir. Məlum olduğu kimi, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşunsink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemzavulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoids.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, onların da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyəti vardı.

İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən hərbi təlimlərdə, hərbi təyinatlı taktiki dərslərdə xüsusi növ, həm də olduqca zəhərli döyüş sursatlarından istifadə edilir ki, onların da tərkib hissəsi əsasən müxtəlif növ zəhərli kimyəvi maddələr və birləşmələrdən ibarətdir. Bu kimyəvi maddə və birləşmələrin təsir gücü təkcə Azərbaycanın ətraf təbii mühiti üçün deyil, Gürcüstan və digər qonşu dövlətlər, eləcə də Ermənistanın özü üçün, oradakı florafauna üçün də təhlükəlidir.

22 ildən artıqdır ki, işğala məruz qalan Azərbaycan ərazilərindəki meşələrdə və quru otlaq sahələrində yanğınların baş verməsi də adi hala çevrilib. Yanğınlar adətən odlu silahlardan açılan atəş və minaların partlayışı nəticəsində baş verir. Yanğınlara nəzarət edilmədiyindən nəinki Azərbaycanın, hətta bütün Qafqazın təbii mühitinə, meşə təsərrüfatına, bitkiheyvanlar aləminə böyük ziyan dəyir. Bir faktı yada salaq: 2002-ci ilin sentyabr ayında Füzuli rayonunun Ərgünəş meşəliyində ermənilərin törətdiyi yanğın nəticəsində 500 hektar ərazidə qiymətli ağackol bitkiləri tamamilə məhv oldu, bütün ərazinin torpaq örtüyünün üst qatı və bitki örtüyü yanaraq sıradan çıxdı, oradakı faunafloradan əsər-əlamət qalmadı. Bu isə ekoloji tarazlığın pozulmasına və digər neqativ hallara gətirib çıxarır. Bura düşmənin ağır texnikası altında inləyən, parça-parça olan torpaqlarımızı da əlavə etsək, mənzərə az-çox tamamlanar.

Respublikamızın iqtisadiyyatında önəmli rol oynayan ucsuz-bucaqsız yüksək alp çəmənlikləri mövcuddur. Hazırda bu ərazilər tanınmaz hala salınıb. Döyüş mövqelərində qazılan səngərlər, gündən-günə genişləndirilən əlavə yollar, oyuq və sığınacaq yerləri, mühəndis istehkam qurğularının inşası bu ekoloji fəlakətin sərhədlərini daha da genişləndirir, torpaq quruluşunda baş verən müəyyən dəyişikliklər isə yağışlı-yağmurlu havalarda sürüşmələrə və eroziyalara gətirib çıxarır. Beyləqan-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin yerləşdiyi döyüş mövqelərində və təmas xətlərindəki binalar və yaşayış məntəqələri işğalçılar tərəfindən sökülərək yanacaqtikinti materialları kimi istifadə edilir, səhra (qrunt) və asfalt yolu boyu yerləşən üzüm sahələrindəki beton dirəklər isə sökülərək aparılmış, üzümlüklər isə tamamilə məhv edilmişdir.

Məlumdur ki, işğal olunmuş ərazilərdə yerləşən və oradan keçən su mənbələri (göllər, su anbarları, çaylar, bulaqlarkanallar) yalnız həmin ərazilərdə deyil, ətraf yerlərdə də təbii mühitin qorunub saxlanmasında mühüm rol oynayır. Lakin işğal altındakı ərazilərdən axan çayların daim ermənilər tərəfindən müxtəlif mənşəli tullantılarla və çirkab suları ilə çirkləndirilməsi faktları olduqca çoxdur. Öz mənbələrini işğal olunmuş ərazilərdən götürən, müxtəlif zərərli maddələrlə çirkləndirilən Xonaşen, Qarqar, Xaçın, Tərtər çayları keçib getdiyi bölgələrdə ekoloji durumun pisləşməsi ilə bərabər bütün canlıların da zəhərlənməsinə səbəb olur.

İşğal altında olan Kəlbəcər rayonu ərazisindəki, “İstisu” təbii mineral suyu Ermənistanın “Cermuk” şirkətlər qrupu tərəfindən qablara doldurularaq üzərində isə Ermənistanın Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə kimyəvi tərkib haqqında saxta məlumatlar yazılmaqla adı çəkilən şirkətlər tərəfindən xarici ölkələrə satılır.

Respublikamızın təbii mühitində mühüm rol oynayan Araz çayının ekoloji vəziyyəti daha acınacaqlıdır. Ermənistanın mədən, energetika, kimya, maşınqayırma sənayesi və kommunal-xidmət müəssisələrinin tullantıları Araz çayının əsas qollarına (Oxçuçay, Arpaçay, Razdan) axıdılır. Nəticədə Araz çayının 43 km boyunca Azərbaycan ərazisindəki mikrofloramikrofauna tamamilə məhv edilib. Ermənistan ərazisində Metsamor AES-in bütün beynəlxalq təzyiqlərə baxmayaraq, fəaliyyət göstərdiyini və tullantılarını Araz çayının Razdan qolu ilə axıtdığını, habelə terrorçu dövlətin “Sərhədlərdən axan su axınları və beynəlxalq göllərin istifadəsi və mühafizəsinə dair 1992-ci il Konvensiyası”na qoşulmadığını nəzərə alsaq, ekoloji fəlakətin qaçılmaz olacağı qənaətinə gəlmək mümkündür. Belə ki, onun Ermənistan tərəfindən uzun illər çirkləndirilməsi əvvəllər burada qeydə alınan 21 qiymətli balıq növünün son 10-15 ildə kəskin surətdə azalmasına və suyun biokimyəvi, fiziki tərkibinin tamamilə dəyişməsinə səbəb olub. Hazırda Araz çayında turşuluq göstəricisi - pH 2,4-ə enmiş, mikroflora 180-200 dəfə azalmış, çay sahələri boyu su ilə təmasda olan bitkilər aləmi isə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Burada təbii yolla neytrallaşan və müəyyən edilən üzvü çirkləndiricilər - fenolların miqdarı 220-1160 dəfə, ağır metal duzları (mis, molibdens.) 36-48 dəfə, azot-fosfor duzları 26-34 dəfə, xloridlər 28 dəfə, neft mənşəli karbohidrogenlər isə 73-113 dəfə norma üzrə qəbul edilmiş qatqılardan yüksəkdir. Eyni zamanda, Ermənistandan axıdılan yüksək temperatura malik sənaye mənşəli tullantı suları çayların temperaturqaz rejiminə mənfi təsir göstərir. Araz çayının dibindən götürülmüş nümunələr göstərir ki, suyun tərkibində olan toksik mənşəli maddələrin miqdarı normadan 50 faiz artıqdır.

Ümumiyyətlə, su ehtiyatlarının çirkləndirilməsi taktikası Ermənistanın ekoloji terror siyasətinin əsas təsir elementlərindən biridir. Nəzərə alsaq ki, Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın və yalnız 10 faizi Azərbaycanın payına düşür, bu halda problemin kifayət qədər ciddi olduğunu anlamaq mümkündür. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycan ərazisinin 3/4 hissəsi ölkəmizin ən geniş su arteriyası olan Kür çayı hövzəsinin aşağı nahiyəsində yerləşir. Sadalanan reallıqlar fonunda kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 milyon kubmetrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən Kür çayı hövzəsinə tökülür. İşğal olunmuş ərazilərin hazırkı ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlaronun bir elementində baş verən dəyişiklik zəncirvari şəkildə digərlərinə ötürülür.

Azərbaycanda su probleminin həlli bu gün mühüm əhəmiyyət kəsb edir. Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı quraq region hesab edilən Azərbaycan üçün həyati məsələdir. Respublikanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür. Öz mənbəyini bu dağlardan götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və başqaları özləri ilə düzən ərazilərə bol su gətirirlər. Onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Düşmən tərəfindən işğal edilmiş ərazilərdə, eyni zamanda yüzlərlə müxtəlif tərkibli mineral su bulaqlarımız vardır ki, bu da Azərbaycan mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6 faizini təşkil edir. Suvarmadaelektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtər hidrokompleksidir. Tərtər çayı öz mənbəyini Kəlbəcər rayonundan götürür, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Tərtər çayının qolları Tutqu, Lev və Ayrım çaylarıdır. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3117 metrdir. Bu kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılmışdır. Onun ümumi su tutumu 560 milyon m2, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. O, hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Hazırda Azərbaycan üçün böyük həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilibdir. Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşır. Ona görə də işğaldan azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzun illər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunacaqdır.

Terrorçu ermənilər atəşkəsi pozmaqla yanaşı, Sərsəng su anbarından da öz çirkin əməllərini həyata keçirmək ücün istifadə edirlər. Belə ki, yaz və payız aylarında anbardan suyu çox buraxırlar ki, çay boyu yerləşən kəndləri və əkin sahələrini su bassın, əhaliyə ziyan dəysin. Bununla kifayətlənməyərək hətta su vasitəsi ilə minalar axıdırlar ki, Azərbaycan ərazisində partlasın və əhaliyə ziyan vursun. Erməni müəlliflərdən biri yazır ki, Ermənistan mənbəyini bu ölkənin ərazisindən götürən çayların qarşısını kəsməklə Azərbaycanda ciddi su qıtlığı yarada bilər. O, belə hesab edir ki, Azərbaycan və Türkiyənin Ermənistanı blokadaya aldığı bir vaxtda ermənilərin indiyədək bu üsula əl atmaması təəccüblüdür.

Bu sözlər kifayət edir ki, Azərbaycan həyəcan siqnalı versin və beynəlxalq təşkilatları ermənilərin terror siyasəti barədə xəbərdar etsin. Sərsəng su anbarının işğal altında olduğu 20 ildən artıq müddətdə texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib. Bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. Hər an təxribat, texnogenya təbii fəlakət nəticəsində baş verə biləcək qəza nəticəsində ekoloji böhranbioloji müxtəlifliyin sıradan çıxması ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 min mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür.

Bütün bunlar azmış kimi, Ermənistan silahlı qüvvələrinin sərsəm rəhbərləri “lazım gəldikdə” Mingəçevir su anbarını (SES) raket zərbələri ilə partlatmaqla hədələyirlər. Lakin ötən ilin avqust ayında aparılan dördgünlük döyüşlərdə onlarla itki verən Ermənistan silahlı qüvvələri qarşılarında necə möhtəşəm bir güc, mütəşəkkil bir ordu dayandığının bir daha şahidi oldular.

 

Xanhüseyn KAZIMLI,

Milli Məclisin deputatı, İşçi Qrupun rəhbəri, professor

Azərbaycan.-2015.- 25 fevral.- S.10.