Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Göyçayda bölgə
vətəndaşlarını qəbul edib
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyələrinə
əsasən mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərləri bölgələrdə vətəndaşların
qəbulunu keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərinin həll olunması üçün
müvafiq tədbirlər görürlər.
AzərTAc
xəbər verir ki, mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də
Göyçay rayonunda bölgə vətəndaşlarını
qəbul edib. Heydər Əliyev Mərkəzində
keçirilən qəbulda Göyçay, Ucar, Ağdaş,
Mingəçevir və Yevlaxdan olan vətəndaşların
müraciətləri dinlənilib. Müraciətlər əsasən
dini icmaların qeydiyyatı, məscidlərin təmiri və
təminatı, dini icmaların yaradılması və dövlət
qeydiyyatına alınması ilə bağlı olub. Komitə
sədri hər bir vətəndaşın müraciətinin
diqqətlə araşdırılması və qanunvericiliyin tələblərinə
uyğun həlli barədə müvafiq tapşırıqlar
verib.
Qəbul
zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə
həllini tapıb. Komitənin səlahiyyətlərinə
aid olmayan müraciətlər isə aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə
götürülüb.
Azərbaycan.-2015.- 25 fevral.- S.11.