Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici
işlər nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də
Türkiyə Respublikasının xarici işlər naziri
Mövlud Çavuşoğlunun başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
Dövlətimizin
başçısı xarici işlər naziri Mövlud
Çavuşoğlunun başçılıq etdiyi nümayəndə
heyətinin ölkəmizə səfərinin Azərbaycan-Türkiyə
əlaqələrinin daha da genişləndirilməsi işinə
yeni təkan verəcəyinə əminliyini bildirdi. Türkiyəyə
dövlət səfərinin və Türkiyə-Azərbaycan
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının növbəti
iclasının uğurla keçdiyini məmnunluqla
xatırlayan Prezident İlham Əliyev səfər zamanı
birgə fəaliyyətlə bağlı gələcək
planların müzakirəsinin önəmini qeyd etdi. Türkiyə-Azərbaycan
əlaqələrinin xalqlarımız və region, eləcə
də dünya üçün çox böyük əhəmiyyətə
malik olduğunu deyən dövlətimizin
başçısı ölkələrimiz arasında
mövcud birliyin bölgədə sabitliyin təminatçısı
olduğunu da vurğuladı.
Mövlud
Çavuşoğlu Türkiyə Respublikasının xarici
işlər naziri kimi ilk rəsmi səfərini Azərbaycana
etməsindən məmnunluğunu bildirdi. O, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın və Baş nazir Əhməd
Davudoğlunun salamlarını dövlətimizin
başçısına çatdırdı. Mövlud
Çavuşoğlu Prezident İlham Əliyevin Türkiyəyə
dövlət səfərinin və Türkiyə-Azərbaycan
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının növbəti
iclasının ikitərəfli əlaqələrimizin daha da
möhkəmləndirilməsi baxımından önəmini
qeyd etdi.
Görüşdə
Bakı-Tbilisi-Qars, TANAP layihələri, hərbi-texniki əməkdaşlıq
və əlaqələrimizin digər sahələrdə daha
da genişləndirilməsi ilə bağlı məsələlərə
dair ətraflı fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Prezident Rəcəb Tayyib
Ərdoğanın və Baş nazir Əhməd
Davudoğlunun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyə
Respublikasının Prezidentinə və Baş nazirinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2015.- 26 fevral.- S.1.