Türkiyə Prezidenti
Xocalı soyqırımı ilə
əlaqədar Azərbaycan
xalqına başsağlığı verib
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı
soyqırımı ilə əlaqədar Azərbaycan
xalqına başsağlığı verib.
AzərTAc
Anadolu agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb
Tayyib Ərdoğan hələ də Ermənistanın
işğalı altında qalan Dağlıq Qarabağın
bir hissəsi olan Xocalıda 613 azərbaycanlının vəhşicəsinə
qətlə yetirildiyini söyləyib.
Türkiyə
Prezidenti vurğulayıb ki, 1992-ci ildə qətliama məruz
qalan azərbaycanlılar yandırılaraq, gözləri
çıxarılaraq, başları kəsilərək
öldürülüblər. “Şəhidlərimizin əziz
xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir,
Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqına
başsağlığı veririk”, - deyə Prezident Rəcəb
Tayyib Ərdoğan bildirib.
Azərbaycan.-2015.- 26 fevral.- S.3.