Azərbaycan və İran
texnologiya parkları arasında
əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İran İslam Respublikasına səfəri çərçivəsində
Pərdis Texnologiya Parkında (PTP) olub.
Tanışlıq zamanı PTP-nin
direktoru Mehdi Səfəriniya müəssisənin
fəaliyyəti, iş prinsipi
və istehsal etdiyi məhsullar haqqında geniş məlumat verib. Qeyd olunub ki, 400 şirkətlə əməkdaşlıq
edən park onların
sifarişləri əsasında
həm məhsul istehsal edir, həm də kadr hazırlığı
işlərini həyata
keçirir.
PTP-nin
fəaliyyətini yüksək qiymətləndirən Əli
Abbasov Azərbaycanda da texnologiya parklarının fəaliyyət
göstərdiyini və iqtisadiyyatın müxtəlif sahələri
üçün məhsul istehsal etdiyini bildirib.
Qeyd
olunub ki, Azərbaycan və İranın texnologiya parkları
arasında əməkdaşlıq əlaqələrinin
qurulması hər iki tərəf üçün müsbət
nəticələr verə bilər. Bu əməkdaşlıq
təcrübə mübadiləsi ilə yanaşı, kadr
hazırlığı və istehsal olunan məhsulların
satışının təşkil edilməsindən də
ibarət ola bilər.
Görüşdə
qarşılıqlı əməkdaşlıq əlaqələrinin
perspektivləri müzakirə edilib, fikir mübadiləsi
aparılıb.
Əli
Abbasov Mehdi Səfəriniyanı Azərbaycanın yeni
texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərlə
tanış olmaq üçün Azərbaycana dəvət
edib.
Sonra
nazir Əli Abbasov parkın ərazisindəki istehsal müəssisələri
ilə tanış olub.
Rabil Kətanov
AzərTAc-ın xüsusi
müxbiri
Tehran
Azərbaycan.-2015.- 26 fevral.- S.4.