Prezident İlham
Əliyev Polşanın Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də
Polşa Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Marek Tsalkanın etimadnaməsini qəbul edib.
Səfir
Marek Tsalka fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Marek
Tsalka etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Ölkələrimiz
və xalqlarımız arasında münasibətlərin qədim
tarixə malik olduğunu vurğulayan dövlətimizin
başçısı ikitərəfli əlaqələrimizin
müxtəlif sahələrdə uğurla inkişaf etdiyini
bildirdi. Polşa Prezidenti Bronislav Komorovski ilə Bakıda və
müxtəlif beynəlxalq tədbirlərdə
görüşlərini məmnunluqla xatırlayan Prezident
İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində
yüksək səviyyəli görüşlərin əhəmiyyətini
vurğuladı. Ölkələrimiz arasında siyasi, iqtisadi,
enerji, humanitar, beynəlxalq təşkilatlar, o cümlədən
Avropa İttifaqı çərçivəsində əməkdaşlığın
və digər sahələrdə əlaqələrin daha da
genişləndirilməsi üçün yaxşı
imkanların olduğunu deyən dövlətimizin
başçısı Polşa şirkətlərinin ölkəmizdə,
Azərbaycan şirkətlərinin isə Polşada həyata
keçirilən birgə layihələrdə daha fəal
iştirak etmələrinin önəmini qeyd etdi.
Səfir
Marek Tsalka ayrı-ayrı nümayəndə heyətlərinin
tərkibində Azərbaycana müxtəlif vaxtlarda səfər
etdiyini vurğuladı. O, diplomatik fəaliyyəti
dövründə ölkələrimiz arasında əlaqələrin
müxtəlif sahələrdə daha da genişləndirilməsi
işində səylərini əsirgəməyəcəyini
dedi.
Azərbaycan.-2015.- 28 fevral.- S.1.