Əfqanıstan Prezidenti
Azərbaycanın
qazandığı uğurları
yüksək qiymətləndirib
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əfqanıstanda səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib.
Görüşdə
Əfqanıstan Prezidenti Azərbaycanın iqtisadi
inkişafından məmnunluğunu ifadə edərək,
ölkəmizin qazandığı uğurları yüksək
qiymətləndirib.
Cənab
Məhəmməd Əşrəf Qani ölkələrimiz
arasında əməkdaşlığın inkişafı
baxımından hüquqi bazanın genişləndirilməsinin
əhəmiyyətini qeyd edib, enerji, tranzit və s. sahələrdə
əməkdaşlıq imkanlarına, Əfqanıstana
investisiya qoyuluşuna dair fikirlərini bölüşüb,
ölkəsinin neft-qaz sahəsində Azərbaycan təcrübəsindən
yararlanmaqda maraqlı olduğunu diqqətə
çatdırıb.
Cənab
Məhəmməd Əşrəf Qani salamlarını Azərbaycan
Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycan
nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və
sənaye naziri Şahin Mustafayev səmimi qəbula görə
təşəkkür edib, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin salamlarını Əfqanıstan
Prezidentinə çatdırıb.
Nazir
Şahin Mustafayev əlaqələrin genişləndirilməsi
üçün imkanların olduğunu vurğulayaraq, sənaye,
enerji, nəqliyyat, tikinti materiallarının istehsalı, eləcə
də təhsil, mədəniyyət və humanitar sahələrdə
əməkdaşlığı qeyd edib.
Azərbaycan
nümayəndə heyəti səfər zamanı
Əfqanıstanın Mədən və Neft naziri Daud Saba və
Əfqanıstanın Baş icraçı məmuru Abdullah
Abdullah ilə də görüşüb.
Görüşlərdə
Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın
qarşılıqlı hörmət və faydalı əməkdaşlıq
prinsipləri üzərində qurulduğu, Əfqanıstan
prezidentinin 2014-cü ildə Azərbaycana səfərinin, bu
ilin fevralında isə Münxen Təhlükəsizlik
Konfransında Azərbaycan və Əfqanıstan Prezidentlərinin
görüşünün ölkələrimiz arasında əməkdaşlığın
inkişafında əhəmiyyəti vurğulanıb.
Həmçinin
enerji, tranzit, logistika, tikinti materiallarının istehsalı və
digər sahələrdə əməkdaşlıq, eləcə
də qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə edilib.
Azərbaycan.-2015.- 28 fevral.- S.2.