Nəqliyyat naziri Lənkəranda
vətəndaşları qəbul edib
Fevralın
27-də nəqliyyat naziri Ziya Məmmədov Lənkəran
şəhərindəki Heydər Əliyev Mərkəzində
Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşları
qəbul edərək, onların şikayət və təkliflərini
dinləyib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə nazir Ziya Məmmədov
ümummilli lider Heydər Əliyevin abidəsi önünə
gül dəstələri düzərək, xatirəsini
ehtiramla yad edib, şəhər sakinləri ilə
görüşüb.
Qəbulda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azəryolservis” ASC-nin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov da iştirak ediblər.
Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, Lerik şəhərində avtovağzal binasının tikintisi, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə
aid olmayan müraciətlər
isə müvafiq təşkilatlara
çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə
götürülüb.
Azərbaycan.-2015.- 28 fevral.- S.5.