Kənd təsərrüfatı naziri Qaxda şimal-qərb
bölgəsindən
olan vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, fevralın 27-də kənd təsərrüfatı naziri Heydər Əsədov Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin
strukturuna daxil olan idarə və təşkilatların, habelə
tabeli qurumların rəhbərlərinin iştirak etdikləri
qəbulda 40-dan çox vətəndaşın müraciət
və təklifləri dinlənilib.
Vətəndaşların
müraciətləri əsasən, yardımların
artırılması, sığortalanmanın tətbiq
olunması, əkin sahələrinin suvarma suyu ilə təmin
edilməsi, müasir tələblərə cavab verən yeni
kənd təsərrüfatı maşın və
avadanlığın alınaraq lizinq yolu ilə fermerlərə
satılması, kənd təsərrüfatı sahəsində
ali və peşə yönümlü ixtisaslı kadrların
təhsil alması və hazırlanmasında güzəştli
təhsil sisteminin tətbiq olunması, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatına
güzəştli kreditlərin verilməsi və digər məsələlərlə
bağlı olub.
Nazir
Heydər Əsədov hər bir vətəndaşın
müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin
qanunvericiliyin tələblərinə uyğun
araşdırılaraq qısa müddətdə həll edilməsi
barədə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar
qəbulun təşkilindən razı qaldıqlarını
söyləyib, yaradılan şəraitə görə
dövlətimizin başçısına minnətdarlıqlarını
bildiriblər.
Azərbaycan.-2015.- 28 fevral.- S.5.