Əmək və əhalinin sosial müdafiəsi naziri
Masallıda
beş
rayondan olan vətəndaşları qəbul
edib
Fevralın
27-də əmək və əhalinin sosial müdafiəsi
naziri Səlim Müslümov nazirliyin Masallı Rayon
Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati
binasında Lənkəran, Masallı, Astara, Lerik,
Yardımlı rayonlarının sakinlərini qəbul edib.
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə
əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər
ki, qəbul zamanı müraciətlər əsasən mənzillə
təmin olunma, dövlət büdcəsi hesabına minik
avtomobili ilə təmin edilmə ilə bağlı olub.
Müraciətlərin
bir qismi isə məşğulluğun təminatı, bərpa
müalicəsinə köməklik, zərərə görə
ödəncin verilməsi ilə bağlı əmək
hüququnun müdafiəsi, əlillik dərəcəsinin
artırılması və s. məsələləri əhatə
edib. Habelə ayrı-ayrı müraciətlərdə sosial
cəhətdən həssas qruplardan olan insanların sosial
müdafiəsinin gücləndirilməsi üçün
görülən işlərə görə dövlət
başçısına minnətdarlıq ifadə olunub.
S.Müslümov
müraciətlərdə qaldırılan məsələlərin
obyektiv və ədalətli şəkildə
araşdırılaraq cavablandırılması və
müvafiq tədbirlər görülməsi barədə
nazirliyin aidiyyəti struktur bölmələrinin məsul
şəxslərinə tapşırıqlar verib.
Ayrı-ayrı vətəndaşların məşğulluğunun
təminatına yerindəcə köməklər göstərilib,
1 nəfər yerindəcə əlil arabası ilə təmin
olunub. Habelə nazir tərəfindən bir sıra şəxslərin
bərpa müalicəsinə cəlb edilməsi, müvafiq
reabilitasiya vasitələri ilə təmin olunması ilə
bağlı göstərişlər verilib.
Nazir
2015-ci ildə də bütün sosial proqramların uğurla
davam etdiriləcəyini, əhalinin sosial müdafiəsinin
gücləndirilməsinə yönələn heç bir
proqramın təxirə salınmayacağını,
hazırda ölkədə bütün sosial ödənişlərin
gecikdirilmədən, vaxtlı-vaxtında həyata
keçirildiyini vurğulayıb. Bildirib ki, Prezident İlham
Əliyevin birbaşa qayğısı növbədə olan
müharibə əlilləri və şəhid ailələrinin
mənzillə təminatı işlərini sürətləndirməyə
imkan verib. İndi ölkənin digər bölgələrində
olduğu kimi, bu qəbulda sakinlərini qəbul etdiyimiz
rayonlarda da müharibə əlilləri və şəhid ailələri
üçün mənzil tikintisi işləri
aparılır. Hazırda onlar üçün Masallı
rayonunda 6 ədəd fərdi ev tikilir. Yaxın günlərdə
Lənkəranda 9, Lerikdə 10, Astarada 6, Yardımlıda 2 ədəd
fərdi evin də tikintisinə başlanılacaq.
S.Müslümov,
həmçinin dövlət büdcəsi hesabına minik
avtomobili almaq üçün növbəyə dayanmaq istəyən
müharibə əlillərinin bunun üçün tibbi
göstərişlərinin olub-olmamasının
araşdırılmasını tapşırıb. Qeyd edilib
ki, müharibə əlillərinin minik avtomobili ilə təminatının
sürətləndirilməsi, təbii ki, bunun
üçün növbəyə dayanmaq istəyənlərin
sayını artırıb. Lakin bu sahədə qanunvericiliyin
tələblərinə əməl edilməsinə ciddi nəzarət
olunur. Belə ki, ötən il bu məqsədlə müraciət
edənlərin sayı 3 min 460 nəfər olub. Onlardan
yalnız 20,8 faizinin minik avtomobilinə tibbi göstərişinin
olduğu müəyyən edilib və növbəyə
götürülüblər. Tibbi göstərişin
hansı hallarda verilməsi nazirliyin rəsmi internet
saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər”
bölümünün “Avtomobillərlə təminat”
alt-bölümündə təqdim olunur.
Qəbulda
nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə
bağlı müraciətlər edilib və onlar müvafiq
qurumlara çatdırılmaq üçün qeydiyyata
alınıb.
Lənkəran,
Astara, Lerik, Yardımlı rayonlarından qəbula
yazılmış vətəndaşların xüsusi
ayrılmış nəqliyyatla Masallı rayonuna
aparılıb gətirilmələri təmin olunub.
Azərbaycan.-2015.- 28 fevral.- S.5.