Dövlət Gömrük Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müraciətlərinin, ərizə və şikayətlərinin  müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev fevralın 27-də İmişli rayonundakı Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də  Beyləqan, Füzuli, Ağcabədidən olan vətəndaşları qəbul edib.

Müraciətlərin əksəriyyəti işə qəbul, gömrük-keçid məntəqələrinin vəziyyəti, malların idxal-ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.

Komitə sədri hər bir vətəndaşın  müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların qəbul zamanı  qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olub, komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

 

Azərbaycan.-2015.- 28 fevral.- S.5.