“Avropa İttifaqı
ölkələrinə yeyinti məhsullarının
ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi
qaydasının və sertifikatların nümunəsinin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli
qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 47 Bakı
şəhəri, 24 fevral 2015-ci il
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1091-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 897 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7, maddə 668; 2006, ¹ 9, maddə 817, ¹ 12, maddə 1153; 2008, ¹ 1, maddə 39; 2010, ¹ 12, maddə 1122; 2013, ¹ 5, maddə 581; 2014, ¹ 2, maddə 201) ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 1 mart.- S.2.