Kanadanın General-Qubernatoru Zati-aliləri
cənab Devid Constona
Hörmətli cənab General-Qubernator,
Ölkənizin milli bayramı – Kanada günü münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin genişlənməsi,
qarşılıqlı maraq
doğuran bir sıra sahələrdə
əməkdaşlığımızın
dərinləşməsi istiqamətində
bundan sonra da səylər göstərəcəyik.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Kanada xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 iyun 2015-ci il.
Azərbaycan.- 2015.- 1 iyul.- S. 2.