F.F.Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə Fikrət Fərrux oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2015-ci il

 

Azərbaycan.- 2015.- 1 iyul.- S. 2.