Bakıda Belarusun milli bayramı qeyd edilib

 

İyunun 30-da Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramıRespublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Belarusun dövlət himnləri səsləndirilib.

Səfir Nikolay Pastkeviç çıxış edərək bildirib ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılarından azad edildiyi tarix Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Belarusun azad edilməsi uğrunda gedən döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 32-ci tank briqadasının, həmçinin Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin iştirak etdiklərini diqqətə çatdıran diplomat bu qəhrəmanların xatirəsinin Belarusda daim böyük hörmət ehtiramla yad edildiyini vurğulayıb.

Azərbaycan ilə Belarus arasındakı əlaqələrdən danışan səfir prezidentlər İlham Əliyev Aleksandr Lukaşenkonun münasibətlərin inkişafında xidmətlərini qeyd edib. Diplomat Azərbaycanın Belarus üçün strateji tərəfdaş olduğunu vurğulayıb.

“Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayan səfir bu münasibətlə Azərbaycan dövlətini xalqını təbrik edib.

Rəsmi qəbulda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov əlamətdar gün münasibətilə Belarus xalqını Azərbaycan Hökuməti adından təbrik edib.

Yaqub Eyyubov Azərbaycan ilə Belarusun dost ölkələr olduğunu söyləyib. Prezident İlham Əliyevin Belarusa, Prezident Aleksandr Lukaşenkonun isə Azərbaycana səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini bildirən Baş nazirin birinci müavini münasibətlərimizin iqtisadi, mədəni, humanitar digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Yaqub Eyyubov ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Qəbulda dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 1 iyul.- S. 2.