Xudahafiz, "Bakı – 2015"
Azarkeşlər Evi!
Xoş gördük,
"Bakı – 2015" Gənc azarkeş məktəbi!
İyunun 28-də birinci Avropa Oyunlarının başa çatması ilə birlikdə "Bakı – 2015" Azarkeşlər Evi də bağlandığını elan etdi.
Azarkeşlər Evi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bazasında 17 gün ərzində gecə-gündüz işləyib, bu müddət ərzində onlarca ölkəni təmsil edən 10 mindən çox qonaq qəbul edib. Qalibləri təbrik etmək üçün hər gecə bura Rusiya və Azərbaycan idmançıları, idman veteranları gəliblər. Azarkeşlər Evi başqa ölkələrdən olan qonaqları həmişə gülər üzlə qarşılayıb.
AZƏRTAC xəbər verir ki, nazirlik və idarələrin, Milli Olimpiya Komitəsinin, elm və təhsil müəssisələrinin, Azərbaycanın həmvətənlər ictimai təşkilatlarının və bir çox digər qurumların nümayəndələri dəvətə fəal qoşulublar.
Azarkeşlər Evinin vida müraciətində deyilir: "Bizim könüllülər – Azarkeşlər Evinin simasına çevrilən azərbaycanlı və rusiyalı tələbə və məktəblilər haqqında xüsusi danışmaq istəyirik. Onlar Rusiya və Azərbaycana sevgi və sədaqətlərini öz işləri ilə sübuta yetirdilər. Qırx dərəcə istiyə baxmayaraq, hər gün 12 saat Azarkeşlər Evinin qonaqlarına sovet, Rusiya və Azərbaycan idmanının tarixindən və qəhrəmanlarından söz açdılar. Üstəlik, idman forması geyinib, döyüş fəndləri nümayiş etdirdilər. Məsələn, boyu bir metr yarımdan bir balaca hündür olan yeddinci sinif şagirdini basketbolçu Uveys Axtayevin 58 ölçülü ayaqqabısında təsəvvür edə bilərsinizmi?
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi bir neçə gün ərzində qonaq qəbul etməyəcək. Burada təmir işləri aparılacaq, zal və otaqlar yenidən təchiz ediləcək. Sizə sevinc hissi ilə bildirmək istəyirik ki, Rusiya Federasiyasının səfirliyi və "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyi "Bakı – 2015" Azarkeşlər Evinin ekspozisiyasının əsas hissəsinin və ab-havasının ən azı ilin axırınadək qorunub saxlanılacağı barədə irəlicədən verdikləri vədə əməl ediblər.
Beləliklə, "Bakı-2015" Azarkeşlər Evi faktiki olaraq öz işini dayandırmır. O, sadəcə "Bakı-2015" Gənc azarkeş məktəbinə çevrilir. Burada Rusiya muzeylərinin eksponatlarını Azərbaycan olimpiyaçılarının və beynəlxalq oyunların iştirakçılarının şəxsi arxivlərindən eksponatlar əvəzləyəcək. Bəzi olimpiyaçılar, məsələn, cüdoçu Nazim Hüseynov RİMM-də Azərbaycan məktəbliləri və tələbələri ilə görüşlər keçirmək təklifini irəli sürüb.
Artıq bu gün biz kiçik bir sirri də aça bilərik. Yeni tədris ilində RİMM-nin məktəb və studiyalarında məşğələlər birinci Avropa Oyunlarının işığında keçəcək. Üstəlik, yeni il şənlikləri də idman xarakterli olacaq...
"Rossotrudniçestvo" agentliyinin Bakıda İnformasiya və Mədəniyyət Mərkəzi "Birinci Avropa Oyunlarında Rusiya və Azərbaycanın Azarkeşlər Evi" layihəsinin icrasına kömək və dəstək göstərdiklərinə görə Azərbaycanın və Rusiyanın çoxsaylı dövlət və ictimai təşkilatlarının nümayəndələrinə səmimi minnətdarlığını bildirir. Bu layihənin "Rossotrudniçestvo" agentliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, Bakının Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Rusiya Olimpiya Komitəsi tərəfindən uğurla həyata keçirildiyini vurğulamaq istəyirik.
"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəsi Valentin Denisov
"Azarkeşlər Evi" layihəsinin
yekunlarını şərh edərək
vurğulayıb:" Bu, Rusiya
Olimpiya Komitəsi ilə birlikdə xarici ölkədə ilk
layihəmizdir. Amma əminəm ki, sonuncu deyil.
Başqaları istəsələr də, istəməsələr
də, Bakı gecələri və gündüzləri
xalqlarımızın öz aralarında
nə dərəcədə yaxın olduğunu
göstərdi. Təsəvvür edin ki, gecə yarıdan keçmiş
Bakıda Azərbaycan nömrəsi olan və
Rusiya bayrağının
dalğalandırıldığı və ya
əksinə, Rusiya nömrəsi olan və Azərbaycan bayrağının
dalğalandırıldığı avtomobil
şütüyür. Hamı Rusiya və Azərbaycan
yığmalarını dəstəkləyən sözlər
səsləndiririr. Gəl başa düş, azərbaycanlılar haradadır, ruslar haradadır? Burada bizim Azarkeşlər Evinin
sloqanı yada düşür : "Biz bizimkilərə
birlikdə azarkeşlik edirik!"
Axı, əslində Azarkeşlər Evi
layihəsinin ideyası rusiyalı və azərbaycanlı
azarkeşləri birləşdirmək məqsədi
daşıyıb. Xoşbəxtlikdən buna
nail olduq".
AZƏRTAC
Azərbaycan.- 2015.- 1 iyul.- S. 8.