I Avropa Oyunları dünya idman tarixinə əbədi həkk olundu
İlk Avropa Oyunlarının həyəcanlı anlarının
təsirindən hələ
ayrıla bilməmişik. Ötən
ayın 12-dən qitəmizin,
dünyanın diqqət
mərkəzində olan,
yüksək səviyyədə
təşkili ilə hətta ən tələbkar mütəxəssisləri
də heyrətə gətirən bu böyük bayram tezliklə Avropanın idman hərəkatında yeni dövrün ilk səhifəsi kimi tarixdə özünə layiqli imic qazanmışdır. Oyunların təşkili dünyanın,
demək olar, hər yerində böyük rəğbətlə
qarşılanmış, iştirakçıların
və tamaşaçıların
qəlbində xoş
hisslər oyatmışdır.
“Bakı-2015” I Avropa Oyunlarının möhtəşəm bağlanış
mərasimində ölkəmizin
birinci xanımı,
“Bakı-2015”in Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışında yarışların
bütün beynəlxalq
standartlara uyğun keçirildiyi, medallar uğrunda mübarizənin
ədalətli idman rəqabəti şəraitində
davam etdirildiyi, xalqımızın qonaqpərvərliyi
və səmimiyyəti
minnətdarlıq hissi
ilə qeyd edilmişdir.
Bu möhtəşəm
yarışlarda idmançılarımız
21 qızıl, 15 gümüş
və 20 bürünc
medal qazanmışlar. Buna
Azərbaycanın idman
ictimaiyyəti, bütün
xalqımız ürəkdən
sevinir. Bütün parametrlərlə yüksək səviyyədə
keçirilən bu Oyunların sevinci, qüruru biz alimləri ikiqat fərəhləndirmişdir.
Bəlkə də bu,
18-20 yaşlı bir gənc üçün adi görünə bilər, amma qismən yaşlı nəslin nümayəndələri
Azərbaycanda belə
möhtəşəm idman
bayramını, belə
idman təntənəsini
heç vaxt görməmişdilər. Bu da ölkəmizin
inkişafını özündə
ehtiva edən unudulmaz hadisədir. Bütün bunlar müstəqil və müasir Azərbaycan dövlətinin
qurucusu və memarı dahi Heydər Əliyevin qoyduğu siyasətin davamıdır. Ulu öndərin
Azərbaycanın inkişafında
xüsusi önəm verdiyi sahələrdən
biri də idman siyasəti idi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşkilatçılığı ilə yüksək səviyyədə öz işini başa çatdıran və dünya idman tarixinə qızıl hərflərlə yazılan
ilk Avropa Oyunları bu siyasətin uğurlu bəhrəsidir. Bu sahədə Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirməsi Azərbaycanı
dünyanın idman mərkəzlərindən birinə
çevirmişdir. İndi ölkəmiz
dünyanın ən möhtəşəm idman
yarışlarına, nüfuzlu
beynəlxalq forum və
simpoziumlara, digər tədbirlərə evsahibliyi
edir. Bu isə
Azərbaycanın sürətlə
artan nüfuzundan xəbər verir.
Yüksək təşkil olunan
“Bakı-2015” ilk Avropa Oyunları
öz zəhməti ilə təkcə idmançıları deyil,
bütün idmansevərlərin
və tarixin yaddaşında daim yaşayacaqdır.
Arif
MEHDİYEV,
akademik
Azərbaycan.-
2015.- 2 iyul.- S. 3.