Avropa
Oyunlarından söz düşəndə ilk növbədə
Azərbaycan xatırlanacaq
Bakıda keçirilən I Avropa Oyunları idmançıların,
tarixçilərin və
siyasətçilərin görüşlərində,
jurnalistlərin yazılarında
dönə-dönə, zaman-zaman
xatırlanacaq. Oyunların açılış
mərasimi və sonrakı günlər ölkəmizin möhtəşəmliyini
bütün dünyaya
bəyan etdi. Yarışların çox böyük
uğurla başa çatmasına baxmayaraq xarici mətbuat, telekanallar onun möhtəşəmliyindən yazırlar.
Yüksək peşəkarlıqla
hazırlanan bu tədbirlə Azərbaycan
dünyaya bir neçə önəmli
mesaj verdi.
Oyunların açılış mərasimində kompozisiyada
Nizami Gəncəvinin
ölməz əsərlərindən
seçmələrin yer
alması minlərlə,
milyonlarla tamaşaçıya
xatırlatdı ki, Azərbaycan həm də müdrik şairlər məkanıdır.
“Sarı gəlin”
mahnısına sahib çıxmaq
istəyən bədnam
qonşularımız da
öz paylarını
aldılar. Qobustan qayalarının,
xalçalarımızın təsviri, muğamın səslənməsi xalqımızın
qədim tarixə və zəngin mədəniyyətə malik
olmasını bir daha dünyaya çatdırdı. Açılışda baş verənləri sözlə demək asandır, lakin bütün bu və digər mürəkkəb kompozisiyaları
qısa müddətdə
peşəkarlıqla hazırlamaq
və yüksək səviyyədə gerçəkləşdirmək
böyük uğurdur.
Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın
rəhbərlik etdiyi Təşkilat Komitəsinin
həqiqətən gərgin
əməyinin bəhrəsidir.
“Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat
Komitəsi 7 rəsmi tərəfdaşla çalışıb.
Yarışlarda Azərbaycan da
daxil olmaqla 50-dək ölkədən təxminən
6 min idmançı iştirak
edib. Oyunlar 100-dən artıq ölkədə, o cümlədən
Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də Avstraliyada yayımlanıb. Yarışlara
150 Olimpiya, 200-ə yaxın
dünya çempionunun
qatılması Oyunların
çox böyük önəmə malik olduğunun göstəricisidir.
İlk Avropa Oyunları hələ də dünya mediasının diqqət mərkəzindədir. Xarici
ölkələrin televiziya
verilişlərində, böyük
oxucu auditoriyasına malik qəzetlərdə “Unudulmaz idman bayramı”, “Avropa Oyunlarını Azərbaycan
reallığa çevirdi”,
“Azərbaycan qitənin
idman tarixini yazdı”, “Bakı dünyanın ən gözəl şəhərlərindən
biridir” və digər bu qəbildən
olan yazılar yer alıb. Rusiya Federasiyası Dövlət Dumasının
Ailə, Qadın və Uşaq məsələləri üzrə
Dövlət Komitəsi
sədrinin müavini
Larisa Yakovleva “Parlamentskaya
qazeta”nın mətbuat mərkəzində
“Azərbaycanda I Avropa
Oyunları. Siyasi aspekt” mövzusunda keçirilmiş “dəyirmi
masa” zamanı Oyunların açılışından
bəhs edərkən
heyranlıqla demişdir:
“Mən bu gün təsəvvürəgəlməz
dərəcədə möhtəşəm
bir hadisənin şahidi olmuşam”.
Oyunların açılış mərasimini
izləmək məqsədilə
paytaxtımıza gələn
turistlər də, milli komandaların təmsilçiləri də
ölkəmizin ilk Avropa
Oyunlarına yüksək
səviyyədə hazırlaşdıqlarını
bildirirlər. Bakıya
gələn əcnəbi
qonaqlar ölkəmizin
gəzməli, görməli,
tarixi memarlıq abidələri ilə maraqlanır, konsert salonlarında, televiziyada, teatr və kino
müəssisələrində Azərbaycan mədəniyyəti
və incəsənəti
ilə tanış olur, qədim Bakının gözəlliklərinə
heyran qaldıqlarını,
Azərbaycan xalqının
qonaqpərvərliyini, gözəl
ənənələrə malik olduğunu söyləyirlər.
Bu uğurların
təməlində sözsüz
ki, ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü siyasət
dayanır. İlk Avropa
Oyunlarının Azərbaycanda
keçirilməsi ulu
öndər Heydər
Əliyevin idman siyasətinin davamıdır.
Ümummilli lider Heydər
Əliyevin “İdman elə bir sahədir
ki, idmançılarımız
müxtəlif ölkələrdə
yarışlarda iştirak
edir, qələbələr
qazanırlar və hər dəfə müstəqil Azərbaycanın
adını ucaldırlar.
Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın
bayrağı qaldırılır
və müstəqil Azərbaycan dünyanın
müxtəlif ölkələrində
tanınır. Demək olar
ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini
nümayiş etdirən
ikinci bir vasitə yoxdur” fikirləri bu sahənin inkişafına
verilən önəmi
şərtləndirən əsas
amillərdəndir. Gənclərə diqqət və qayğını dövlət
siyasətinin əsas tərkib hissəsinə çevirən ulu öndər fiziki cəhətdən sağlam
gənclərin yetişdirilməsinə
xüsusi diqqət yetirirdi. Bu siyasətin
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində
Azərbaycan indi dünyada və Avropada həm də idman ölkəsi
kimi tanınır.
Bu sahədə uğurlarımız beynəlxalq
yarışlarda əldə
etdiyimiz medallarla ölçülür, eyni
zamanda paytaxt və bölgələrdə
yaradılmış müasir
idman infrastrukturu bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə keçirilmiş
dünya, Avropa çempionatlarını əlavə
etsək, bir daha görərik ki, doğrudan da, Azərbaycanda idman sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda bu gün Olimpiya
hərəkatı çox
yüksək səviyyədədir.
Təəssüf ki, Azərbaycanın uğurlarını həzm
edə bilməyən
qüvvələr də
var. Onlar ilk Avropa Oyunlarına hazırlıq
mərhələsində ölkəmizə
qarşı “qara piyar” kampaniyasına start vermişdilər. Bunlar
ABŞ-dakı müəyyən
qüvvələr, bəzi
Avropa ölkələrindəki
islamofob dairələr,
xaricdəki erməni lobbisi tərəfindən
koordinasiya olunmuş şəkildə aparılan
“qara piyar” kampaniyasında özlərini
“beynəlxalq” statuslu qurum adlandıran, əslində isə milli dövlətlərə
qarşı təzyiq
aləti qismində çıxış edən
“Human Rights Watch”, “Freedom House”, “Article XIX”, “Sərhədsiz
peportyorlar”, “Transparency İnternational”
kimi təşkilatlardır.
Lakin onların canfəşanlığına
baxmayaraq “qara piyar” kampaniyası alt-üst olub.
Bu gün
hər kəsə yaxşı məlumdur ki, Olimpiya Oyunlarından
söz düşəndə
ilk növbədə Yunanıstan
yada düşür. Bundan sonra
isə Avropa Oyunlarından söz düşəndə Azərbaycan
yada düşəcək.
Özü də çox
böyük hörmətlə
və ehtiramla.
Rəhman
SALMANLI,
Azərbaycan.-
2015.- 2 iyul.- S. 3.