Güləş döşəyində od parçası

 

Qabaqçöl qəsəbəsinə Balakən şəhərindən 20 kilometrdir. Ora getmək üçün rayon Gənclər İdman İdarəsinin rəisi Rasim Paçalovla vədələşib yola çıxdıq. Bu yerlərdə abadlıq, quruculuq işlərinin gedişi ilk baxışdan hiss olunur. Elə asfalt yolun rahatlığı nəyə desən dəyər.

Söhbət əsnasında R.Paçalov bildirdi ki, Qabaqçöl qəsəbəsinin Qaysa, Yeni Şərif, Şərif, Xalatala, Şambul, Meşəşambul kəndləri ilə birlikdə 30 minə yaxın əhalisi var. Qabaqçöl bu kəndlərin mərkəzi sayılır.

Nəhayət, Ü.Hacıbəyli adına Qabaqçöl qəsəbə tam orta məktəbinə çatırıq. Yetirmələrinin sorağı ölkə hüdudlarını aşan “Ata Sport” güləş klubu burada yerləşir. Kluba rayon Uşaq-Gənclər İdman Məktəbinin baş məşqçisi, idman ustası, respublikanın əməkdar məşqçisi, ölkədə yunan-Roma güləşinin təməlçilərindən sayılan İsmayıl Çopsiyev rəhbərlik edir.

Təcrübəli məşqçi söhbətə yaxın keçmişdən başlayaraq bildirdi ki, 2010-cu il iyulun 8-də Prezident İlham Əliyevin Balakən rayonuna səfəri zamanı Olimpiya İdman Kompleksinin açılışı zamanı idmançılarla, həmçinin İsmayıl müəllimlə söhbət etməsi, onlara ölkə idmanının inkişafı, şöhrətinin daha uzaqlara yayılması naminə uğurlar diləməsi, xoş arzularını ifadə etməsi rayon güləşçilərini böyük uğurlara, nailiyyətlərə ruhlandırıb.

“Ata Sport” klubunda beş qrup üzrə 120-yə yaxın uşaq yeniyetmə məşğul olur. Qullar, Mahamalar, Sarıbulaq, Cederoba, Qaysa, Yeni Şərif, Şərif, Şambul digər kəndlərdən, həmçinin Qabaqçöl qəsəbəsindən gələn bu uşaqların arzuları çox böyükdür - Azərbaycanı Avropa dünya miqyasında təmsil etmək! Necə ki bu klubun, məşqçi İsmayıl Çopsiyevin yetirməsi, I Avropa Oyunlarında yunan-Roma güləşi üzrə bütün rəqiblərinə qalib gələrək 71 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Rəsul Çunayev təmsil edir.

Rəsul Çunayevin titulları sonuncu çempionluğa qədər çox olub: ikiqat Avropa çempionu, tələbələr arasında dünya çempionu, yaşlılar arasında dünya çempionatının iki dəfə bürünc mükafatçısı... Ümumdünya Tələbə Universiadasında Olimpiya çempionu İslambek Albiyevi finalda məğlub edərək qızıl medala sahib olan Rəsul Çunayevin öz qələbə sevincini elə xalça üzərindəİgidlərrəqsi ilə ifadə etməsini güləş həvəskarları televiziya tamaşaçıları, yəqin ki, indi xoş ovqatla xatırlayırlar.

Rəsul ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşQızıl Qran Priturnirinin finalında daha bir Olimpiya çempionunu, iranlı Ümid Novruzini xalçaya çıxmağa peşman edir - daha bir qızıl medal!

İranda qazanılan dünya kubokundan sonra Özbəkistanın paytaxtı Daşkənddə finalda erməni güləşçisinin kürəyini 23 saniyədə yerə vurmuş Rəsulun öz qələbəsini hərbi salamla xalça üzərində qeyd etməsi yaddaşlara yazılıb.

Rəsul kiçik yaşlarından zəhmətsevərliyi ilə seçilib. Bu barədə həkim Ömər Nuriyev danışdı:

- Rəsul Qabaqçöldə bizim qonşuluqda zəhmətkeş ailədə böyüyüb. Çox tərbiyəli, dərslərinə ciddi fikir verən, hamıda rəğbət oyadan uşaq idi. Təsərrüfat işlərində ailəsinə çox kömək edirdi. Ən sevimli məşğuliyyəti isə idman, güləş idi. Bütün qabaqçöllülər bilirdilər ki, bu sakit uşaq güləş döşəyində od parçasına dönür. Elə belə oldu. İllər ötdükcə uğurlarını sıralamağa başladı. Onu da deyim ki, gənclərin idmana bağlılığında Rəsulun rolu olub.

Respublikanın əməkdar məşqçisi İsmayıl Çopsiyev:

- Yetirməmin uğurları ilə fəxr edirəm. Həmişə başımızı uca edir. I Avropa Oyunlarında çempion olmağın isə başqa bir özəlliyi var: bu tarix Bakıda yazılır! Mən qürur duyuram ki, bu tarixin yazılmağında yetirməm Rəsul Çunayev ən yüksək səviyyədə iştirak edir. Rəsulun bundan sonra da uğurlarını, qələbələrini davam etdirəcəyinə əminəm. Bütün idmançılarımıza qələbə sevinci arzulayıram.

Bəli, Qabaqçölün dünənki sakit uşağı Rəsul Çunayevi bu gün ölkə hüdudlarından kənarda da yaxşı tanıyırlar. Heç bir güləşçi döşəkdə od parçasına dönən bu qalib ruhlu, dönməz iradəli pəhləvanla üz-üzə gəlmək istəmir.

Avropa Oyunlarının üçüncü günü Rəsul Çunayev moldovalı Daniel Kataraqa, xorvat Dominik Etlinger, bolqar Svilen Kostadinov macar Balint Korpasini məğlub edərək birinciliyə yüksəldi. Qələbəsini yenə əsgər salamı ilə qeyd edən Rəsul Çunayevə qızıl medalı Prezident İlham Əliyev təqdim etdi ona uğurlar arzuladı.

Yarışlarda iştirakı başa çatandan sonra Rəsul sevincini bölüşmək üçün Balakənə üz tutdu. Uğurlarını həmişə böyük həyəcan qürurla izləyən həmyerliləri onun yolunu gözləyirdilər.

Balakən şəhərinin girişində izdihamı görəndə sevincdən gözləri doldu. Rayon sakinləri onu gül-çiçəklə, yüksək bayram ovqatı ilə qarşıladılar. Hər kəs ona yaxınlaşıb əlini sıxmaq, bağrına basıb təbrik etmək istəyirdi. Qarşılayanlar arasında vaxtilə Qabaqçöl qəsəbəsindəki idman zalında Rəsulla birgə məşq etmiş Hacımurad Bağmanovu da gördük. Yunan-Roma güləşi üzrə Avropa ikincisi dünya üçüncüsü olan Hacımurad həm ölkə millisinin üzvüdür. Onun da sevincinin həddi-hüdudu yox idi:

- Bakıda tələbə olsam da, Rəsulu burada qarşılamağı özümə borc bildim. Bütün dostlarımız, məşqçilərimiz, o cümlədən bizə bu güləş növünün sirlərini mükəmməl şəkildə öyrətməyə çalışan əməkdar məşqçi İsmayıl Çopsiyev buradadır. Rayonumuz üçün böyük fəxrdir. İlk Avropa Oyunlarında ən yüksək pilləyə qalxdı ona qızıl medalı möhtərəm Prezident İlham Əliyev təqdim etdi. İdmançı üçün, onun dostları, müəllimləri, məşqçiləri üçün bundan böyük sevinc ola bilər! Rəsulla qürur duyuram onu, eləcə bütün qalib gələn idmançılarımızı təbrik edirəm. İnanıram ki, bizim Qabaqçöldən, Balakəndən Rəsulun davamçıları hələ çox olacaq.

Müsahibəmizi kənardan maraqla dinləyən bir gənc diqqətimizi çəkdi. Tanış olduq: Balakən şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Həşimov. Onun da ürək sözlərini eşitdik:

- Mən ilk Avropa Oyunlarının Balakəndən keçən məşəlinin daşıyıcılarından biri olmuşam. Keçirdiyim qürur duyğularını hələ unuda bilmirəm. Şübhəsiz ki, həmin məşəl bayramından, eləcə Oyunların Bakıdakı möhtəşəm açılış mərasimindən sonra bütün diqqətimizi Rəsulun çıxışına yönəltmişdik. O da hamının etimadını doğrultdu - ən yüksək zirvəyə qalxdı. Onu da deyim ki, Rəsulun ayrı-ayrı beynəlxalq yarışlarda qələbəsindən sonra idmana, o cümlədən güləşə yazılan gənclərin sayı artır. Rəsulla fəxr edirik. Bütün yaşıdlarım adından ona yeni uğurlar, yeni qələbələr arzulayıram.

Həmin gün Rəsul Çunayevlə Balakən Rayon İcra Hakimiyyətində görüş keçirildi. RİH başçısı İslam Rzayev qazandığı qələbəyə görə R.Çunayevi təbrik etdi ona daha böyük uğurlar arzuladı. Digər çıxış edənlər gənc pəhləvanı təbrik etməklə yanaşı, həm xüsusi vurğuladılar ki, Rəsulun belə uğurları Balakəndə idmanın kütləviliyinə, yeniyetmə gənclərin bu sahəyə cəlb olunmasına müsbət təsir edir.

Sonda ilk Avropa Oyunlarının qalibi Rəsul Çunayevə RİH-in fəxri fərmanı hədiyyəsi təqdim edildi. Diqqətə görə təşəkkürünü bildirən R.Çunayev bundan sonra da dövlətimizin bayrağını ucaltmaq, himnini səsləndirmək üçün məşqlərdə daha əzmlə çalışacağını bildirdi.

 

Telman NƏZƏRLİ,

 

Azərbaycan.- 2015.- 2 iyul.- S. 4.