XİN: İlk Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələn əcnəbilərin sayı 28 mindən çox olub

 

Beynəlxalq ictimaiyyət tərəfindən birinci Avropa Oyunlarına göstərilən yüksək marağın nəticəsidir ki, Oyunlarda iştirak etmək üçün Azərbaycana gələn əcnəbilərin sayı 28 min nəfərdən artıq olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası PrezidentininBirinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2014-cü il 8 avqust tarixli 675 nömrəli Sərəncamına əsasən Xarici İşlər Nazirliyinin üzərinə düşən vəzifələrin, xüsusilə, konsulluq viza təminatı məsələlərinin icrası üçün zəruri tədbirlər görülüb.

Birinci Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəmizə gəlmiş əcnəbi vətəndaşlara bilet ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq - iyunun 2-dən 28-dək Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib.

İlk Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək məqsədilə bilet alan əcnəbilər arasında Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 2 iyul.- S. 5.