Oyunlar Akademiyasının məzunlarına sertifikatlar təqdim edildi

 

“Bakı-2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) BP şirkəti ilə birlikdə BEGOC tərəfindən təşkil edilmiş birillik təlim proqramını tam başa vurmuş 188 nəfər universitet məzununa Oyunlar Akademiyasının sertifikatlarını təqdim edib. Məzunlar Azərbaycandan Avropanın müxtəlif ölkələrindəndir.

Məlum olduğu kimi, BP Oyunlar Akademiyası təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşıdır. Bu innovativ təlim proqramı tədbirlərin idarə olunması sahəsində yerli kadrlar yetişdirməklə Azərbaycanda peşəkar bacarıqların yaradılmasını dəstəkləyir.

Proqram çərçivəsində 2014-cü ilin iyul ayında 162 azərbaycanlı 26 beynəlxalq yüksək potensiallı universitet məzunu seçilmişdi. Onlara çoxsaylı idman növlərini əhatə edən mötəbər tədbirlərin səmərəli təşkili üzrə hazırlıq keçilib gələcək karyeralarında kömək olacaq səriştələri inkişaf etdirilib.

Məzun Təkmilləşdirmə Proqramı ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsi üçün tələb olunan mühüm səriştə biliklərə hədəflənmiş 6 təlim modulundan ibarət olub. İştirakçıların səriştələrə yiyələnməsi üçün təcrübəli beynəlxalq heyət üzvləri, o cümlədən müxtəlif ixtisas sahələrində zəngin biliyə malik ekspertlər onlara təlim keçib. İştirakçılara həmçinin Oyunların planlaşdırılması mərhələsində məşqlərdə əməliyyatlarla bağlı vəzifələri yerinə yetirməkdə əməli təcrübə əldə etmək imkanı verilib. Bundan əlavə, digər mötəbər idman tədbirlərində təcrübə qazanmaq imkanı yaradılıb.

Sertifikatların təqdim edilməsi mərasimində BP-nin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional vitse-prezidenti İan Saderlənd deyib: “BP şirkəti peşəkar bacarıqların yaradılmasına yönəlmiş bu mühüm təşəbbüsün bir hissəsi olmaqdan məmnunluq duyur biz əminik ki, bu təşəbbüs Azərbaycanın gələcək idman tədbirlərinə evsahibliyi etmək planlarını dəstəkləyən davamlı irs qoyacaq. Hesab edirik ki, ilk Avropa Oyunlarının uğuru bütün gözləntilərdən daha üstün oldu mən Oyunlar Akademiyası iştirakçılarının öz səylərini bütün oyunlar ailəsinin səyləri ilə birləşdirərək bu uğura verdiyi töhfəni alqışlayıram”.

İ.Saderlənd həmçinin deyib ki, BP şirkəti bu Oyunlara hazırlıq işlərinin bir sıra mərhələlərinə cəlb olunmuşdu. Şirkət Avropa Oyunlarının rəsmi neft qaz tərəfdaşı idi bu, onun 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Paralimpiya Oyunları ilə tərəfdaşlıq təcrübəsinə əsaslanırdı. Bundan əlavə, şirkət qabaqcıl Azərbaycan olimpiyaçıları paralimpiyaçılarına sponsorluq edərək məşqçiləri ilə birlikdə onları elit idmançıların yetişdirilməsi üzrə “Michael Johnson Performance” mərkəzinin təlimləri ilə təmin edib: “Biz həm ölkənin gələcəkdə dünya səviyyəli tədbirlər keçirmək potensialını artırmaq üçün Oyunlar Akademiyasını dəstəklədik. Biz BP-nin idman elçiləri seçilmiş idmançıların Oyunlar Akademiyası məzunlarının əldə etdikləri nailiyyətləri görməkdən qürur duyuruq. Ölkənin həm Oyunların ev sahibi, həm bu idman yarışlarının iştirakçısı kimi qazandığı belə böyük nailiyyətin sevincini bölüşürük.”

 

Azərbaycan.- 2015.- 2 iyul.- S. 5.