I Avropa Oyunlarının ulduz elçiləri mükafatlandırılıb
İyulun 1-də
“Bakı-2015” birinci Avropa
Oyunlarının Əməliyyat
Komitəsinin (BEGOC) inzibati
binasında mötəbər
yarışın ulduz
elçilərinin missiyasının
başa çatması
münasibətilə mükafatlandırma
mərasimi təşkil
olunub.
AZƏRTAC xəbər verir ki, BEGOC-un əməliyyatlar
üzrə baş direktoru Saymon Kleq yarışların yüksək səviyyədə
təşkil edildiyini
və Azərbaycanın
dünyanın idman tarixində yeni səhifə açdığını
diqqətə çatdırıb. O deyib:
“Birinci Avropa Oyunlarının uğuruna
verdiyiniz töhfəyə
görə sizə təşəkkür edirəm.
Gərgin iş qrafikinizin olmasına baxmayaraq Oyunların təbliğinə geniş
vaxt ayırdınız.
“Bakı-2015”in məşəlinin
“Atəşgah” məbədindən
alovlandırıldığı gündən Azərbaycanın
regionlarına səfərinədək
ulduz elçilər xalqın arasında oldular, onları yarışlara səslədilər
və təmsil etdikləri idman növünü təbliğ
etdilər”.
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat
Komitəsinin korporativ
direktoru Elçin Səfərov və Azərbaycan Gənclər
Fondunun icraçı
direktoru Fərhad Hacıyev ulduz elçilərimizin fəaliyyətini
yüksək qiymətləndirib,
onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıblar.
Vurğulanıb ki, birinci Avropa
Oyunları ərəfəsində
ulduz elçilərin
seçimi prosesi çox çətin oldu. Həmin şəxslər fanatlarının və sosial şəbəkələrdə
izləyicilərinin sayı
ilə müəyyən
edildi. Ölkəmizdə populyar insanlar
Oyunlara cəlb edildilər və bunun uğurlu nəticəsi də göz qabağındadır.
Birinci Avropa
Oyunlarının ulduz
elçisi Azər Qərib “Bakı-2015”in bir
parçası olduğu
üçün özünü
xoşbəxt hiss etdiyini
və mötəbər
yarışın təkcə
ölkəmizdə deyil,
bütün dünyada
maraqla izləndiyini diqqətə çatdırıb.
Sonda
“Bakı-2015” birinci Avropa
Oyunlarının ulduz
elçilərinə sertifikat
və xatirə hədiyyələri təqdim
olunub.
AZƏRTAC
Azərbaycan.-
2015.- 2 iyul.- S. 5.