Frans Press Agentliyi
Frans Press Agentliyi iyunun 28-də ilk Avropa Oyunlarının təntənəli bağlanış mərasimi ilə bağlı geniş məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanda keçirilən I Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı” sərlövhəli məqalədə müəllif “rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa Oyunları üçün ideal sonluq idi” - deyə vurğulayıb.
İdmançıların təəssüratlarını da qələmə alan məqalə müəllifi Oyunların mükəmməl təşkil edildiyini qeyd edib. “Bakı Olimpiya Oyunları üçün hazırdır. İnfrastruktur və təşkilatçılıq qabiliyyəti Azərbaycana bu Oyunları keçirmək üçün imkan verir. I Avropa Oyunları hər addımda gözləntilərimizə cavab verdi” - deyə məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də fikirlərinə yer verilir.
Azərbaycan.- 2015.- 2 iyul.- S. 6.