“produccion.notitarde.com” saytı

 

İspaniya mətbuatı I Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer verib.

AZƏRTAC xəbər verir ki, bu ölkənin “produccion.notitarde.com” saytında yayılmış məqalədə bağlanış mərasimindəki çıxışlar yüksək qiymətləndirilib, səhnə tamaşalarıçox təsirliadlandırılıb. Sayt Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bağlanış mərasimindəki çıxışına diqqəti yönəldərək onun bu Oyunların bütün gözləntiləri üstələdiyini söylədiyini qeyd edib.

Məqalədə Azərbaycanın bu miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünü dünyada tanıtmaq istədiyi vurğulanıb. “Son məqsəd  Olimpiya Oyunlarına ev sahibliyi hüququnu əldə etməkdir” - deyə yazıda bildirilir.

Bağlanış mərasimindən gözəl görüntülərin yer aldığı məqalədə paralimpiyaçı İlham Zəkiyevin qələbəsinə toxunulub onun qələbəsini Silahlı Qüvvələr Günü Prezident İlham Əliyevə hədiyyə etdiyi xüsusi qeyd olunub.  Məqalədə 2019-cu il Avropa Oyunlarına ev sahibliyi etmək üçün 3 ölkə ilə danışıqların aparıldığı barədə məlumat verilib.

 

Azərbaycan.- 2015.- 2 iyul.- S. 6.