Belarus Respublikasının Prezidenti
Zati-aliləri cənab
Aleksandr Lukaşenkoya
Hörmətli Aleksandr
Qriqoryeviç,
Belarus Respublikasının milli bayramı – Müstəqillik
Günü münasibətilə
səmimi təbriklərimi
qəbul edin.
Sevindirici haldır ki, qardaş Belarus sosial-iqtisadi
inkişaf, ölkədə
asayişin və qanunçuluğun bərqərar
edilməsi sahəsində
sanballı uğurlar qazanıb.
Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətlərinin daha
da möhkəmlənməsinə,
xalqlarımızın və
ölkələrimizin tərəqqisi
naminə hərtərəfli
əməkdaşlığımızın
və çoxşaxəli
qarşılıqlı fəaliyyətimizin
dinamik və konstruktiv inkişafına yönələn birgə
səylərimizi bundan
sonra da davam etdirəcəyik.
Hörmətli Aleksandr
Qriqoryeviç, Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik və
uğurlar, qardaş
Belarus xalqına isə
sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı,
1 iyul 2015-ci il.
Azərbaycan.-
2015.- 3 iyul.- S. 1.