Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya

 

Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının milli bayramıMüstəqillik günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Ölkələrimiz arasındakı əlaqələr hərtərəfli dinamik inkişaf yolu keçərək bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Avropanın bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəmiz, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımız, eləcə dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız bu münasibətlərin bariz nümunələridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma torpaqlarına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə bizim böyük ümidlərimiz var.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 iyul 2015-ci il.

 

Azərbaycan.- 2015.- 4 iyul.- S. 1.