Füzuli
rayonunun Birinci və On birinci
Qayıdış qəsəbələrarası
avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
On iki min nəfər əhalinin yaşadığı
11 yaşayış məntəqəsini
birləşdirən Birinci
və On birinci Qayıdış qəsəbələrarası
avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının 2015-ci il
dövlət büdcəsinin
dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin bölgüsündə
kəndlərarası avtomobil
yollarının tikintisi
və yenidən qurulması üçün
nəzərdə tutulmuş
vəsaitin 1,5 milyon (bir milyon
beş yüz min) manatı Füzuli Rayon İcra Hakimiyyətinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində
nəzərdə tutulan
məbləğdə maliyyələşməni
müəyyən olunmuş
qaydada təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 3 iyul
2015-ci il
Azərbaycan.-
2015.- 4 iyul.- S. 1.