Dünya Bankı ilə Azərbaycanda poçt sisteminin modernləşdirilməsi müzakirə olunub

 

Rabitə Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərpoçt" MMC- islahatların maliyyə xidmətlərinin geniş çeşiddə ölkənin bütün ərazisində təmin edilməsi üzrə yeni layihə həyata keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu barədə Rabitə Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Dünya Bankının (DB) Avropa, Mərkəzi Asiya, Orta Şərq Şimali Afrika regionu üzrə maliyyə bazarların idarəolunması sahəsində qlobal praktika rəhbəri Rolf Berndtin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə razılıq əldə olunub.

Qeyd olunub ki, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üzrə verilən təkliflərin RYTN tərəfindən Azərbaycan hökumətinə təqdim edilməsi, təkliflərə aidiyyəti qurumlar tərəfindən münasibət bildirildikdən sonra isə DB ilə rəsmi danışıqların aparılmasına başlanması qərara alınıb.

Rabitə yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə DB ilə əməkdaşlıq çərçivəsində "Azərpoçt" MMC- yerinə yetirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin uğurlu nəticələri qeyd edilib layihənin həyata keçirilməsindən əldə edilən nailiyyətlərin qarşılıqlı razılıq doğurduğu vurğulanıb.

Sonra poçt sisteminin restrukturizasiyası poçt şöbələrinin modernləşdirilməsinin davam etdirilməsi, yeni maliyyə xidmətlərinin göstərilməsi s. istiqamətlərdə DB ilə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

 

Azərbaycan.- 2015.- 4 iyul.- S. 6.