İnformasiya təhlükəsizliyijurnalının ilk nömrəsi işıq üzü görüb

 

İnformasiya təhlükəsizliyielmi-metodiki jurnalının ilk nömrəsi çapdan çıxıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən təsis edilən jurnal ildə 4 dəfə çıxacaq.

İnformasiya təhlükəsizliyijurnalının yaradılmasında məqsəd bu sahədə dövlət siyasətinin həyata keçirilməsində dövlət qurumlarının, elmi-tədqiqat müəssisələrinin, təşkilatların səylərinin səfərbər edilməsi, fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı məsələlərin işıqlandırılmasıdır.

Jurnalın ilk nömrəsində qeyd olunur ki, ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, mövcud təhdidlərin qarşısının alınması, dövlət qeyri-dövlət informasiya infrastruktur subyektlərində kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi idarə olunması ilə bağlı ciddi işlər aparılır. Milli informasiya ehtiyatlarının qorunması, informasiya sahəsində milli maraqların müdafiəsi Prezident İlham Əliyev tərəfindən milli təhlükəsizlik siyasətinin istiqamətlərindən biri kimi müəyyən edilib.

Yeni nəşrdə informasiya sahəsində milli maraqların bütün aspektlərini əhatə edən məsələlərin, o cümlədən informasiya texnologiyalarının inkişafı, informasiyalaşdırma, informasiyanın fiziki, texniki kriptoqrafik mühafizəsi, habelə kadr təhlükəsizliyi məsələlərinin işıqlandırılması nəzərdə tutulur.

İnformasiya təhlükəsizliyijurnalının ilk nömrəsi daxili işlər naziri Ramil Usubovun, milli təhlükəsizlik naziri Eldar Mahmudovun, rabitə yüksək texnologiyalar naziri Əli Abbasovun, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun başqalarının təbrikləri ilə açılır. “Avropa Oyunlarının təhlükəsizliyi təminatlı etibarlıdıradlı yazıda bu beynəlxalq idman  tədbirinin keçirilməsində təhlükəsizliyinin təmin edilməsində rabitənin xüsusi rolundan əhəmiyyətindən, həyata keçirilən tədbirlərdən bəhs olunur.

Jurnalın ilk nömrəsində, həmçininHərbi sahəyə aid dövlət sirri təşkil edən məlumatların təhlükəsizlik problemlərinin analizi”, “İnformasiyanın texniki kanallarla  sızmadan mühafizəsi problemləri”, “Kibertəhlükəsizlik məsələləri beynəlxalq əməkdaşlığın predmetidir digər yazılar yer alır. Xəbərlərrubrikasında isə informasiya təhlükəsizliyi sahəsində dünyada baş verən son yeniliklər əksini tapır.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 4 iyul.- S. 7.