Gürcüstan mətbuatı “Bakı-2015” ilk Avropa Oyunlarından bəhs edir

 

Gürcüstanda geniş oxucu kütləsinə malikLeloidman qəzetində “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.

Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti Elqucia Berişvili ilə müsahibə əsasında hazırlanan məqalədə birinci Avropa Oyunlarının açılış bağlanış mərasimlərinin möhtəşəmliyi, idmançılara yaradılmış yüksək səviyyəli şərait, Bakının ümumiyyətlə Azərbaycanın sürətli inkişafı barədə məlumatlar yer alıb.

E.Berişvili müsahibəsində qeyd edir ki, Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə nəyə qadir olduğunu dünyaya sübut etdi. Bütün dünya bildi ki, Azərbaycan təkcə Avropa Oyunlarını deyil, Avropa dünya miqyaslı daha böyük oyunları təşkil edə bilər. Bu, böyük uğurdur.

“Sportall.ge” informasiya portalında yayılan məqalədə Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğu vurğulanır.

Gürcüstanın birinci televiziya kanalında Avropa Oyunlarında iştirak edən idmançılarla görüş keçirilib. Görüşdə idmançılar, onların məşqçiləri, eləcə jurnalistlər Oyunların yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, açılış bağlanış mərasimlərinin möhtəşəmliyini vurğulayıblar. Görüşdə, həmçinin Azərbaycanın sürətli inkişafı, Bakının əsl inkişaf etmiş Avropa şəhəri olduğu xüsusi qeyd olunub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2015.- 4 iyul.- S. 8.