Mariya STADNİK: “Məni bu ölkəyə gətirən taleyimə minnətdaram

 

Çox şadam ki, I Avropa Oyunlarında qızıl medal qazana bildim. Mən bu Oyunlara ciddi hazırlaşırdım. Öz üzərimdə çox işləmişdim. Bu isə həmişə yaxşı nəticə verir. Bilirdim ki, məndən birinci yeri gözləyirlər. Sevinirəm ki, mənə inanan xalqı məyus etmədim”.

Mariya Stadnikin bu sözləri Azərbaycan xalqı haqqındadır. Vətəndaşı olduğu, bayrağı altında çıxış etdiyi, yarışlarda qalib gələrkən qəlbinin istəyi ilə himnini oxuduğu Azərbaycan haqqındadır.

Mariya Vasilyevna Stadnik 1988-ci il iyunun 3-də Ukraynanın Lvov vilayətində anadan olub. İdman karyerasının əvvəlində bir sıra çətinliklərlə üz-üzə gəlib. Belə ki, 2006-cı ildə Moskvada Avropa çempionatında qalib gəlib vətəni Ukraynaya başucalığı gətirsə , az sonra dopinqdən istifadə etdiyinə görə oyunlardan kənarlaşdırılıb. Lakin tezliklə 18 yaşlı idmançının üstündən bu cəza götürülüb. Bununla belə, ona olimpiya dairəsinin yığmasında birinci nömrənin artıq başqa idmançıya - İrina Merliniyə məxsus olduğunu deyiblər. Bu, az imiş kimi, Mariyaya olimpiya komandasına daxil olmaq şansı da verməyiblər. Bir sözlə, Ukrayna bu gənc perspektivli idmançının xidmətlərindən yararlanmaq istəməyib. Odur ki, Mariya Stadnik ona Azərbaycandan olunan təklifi məmnuniyyətlə qəbul edib.

Mariya Stadnik sərbəst güləşlə məşğul olur. Boyu 158 santimetr, çəkisi 48 kiloqramdır. İlk Olimpiya medalını Mariya Azərbaycana 2008-ci ildə Pekindən gətirmişdi. Burada o, müvəffəqiyyətlə çıxış edərək bürünc medala layiq görülmüşdü. İş elə gətirmişdi ki, mükafatlandırma zamanı yuxarıda adı çəkilən ukraynalı İrina ilə bir pillədə dayanmışdı...

Əgər desək ki, Mariyanın gəlişi ilə Azərbaycanda qadın güləşinə maraq artdı, yanılmarıq. Buna 8 il əvvəl Azərbaycan vətəndaşlığını qəbul etmiş idmançımızın dünyanın müxtəlif yerlərində keçirilən yarışlarda qazandığı uğurlar da təkan verdi. Belə ki, Mariya “London-2012” Olimpiya Oyunlarında gümüş medal qazandı. 2009, 2011 2014-cü illərdə dünya çempionatlarında qızıl, gümüş bürünc medallar aldı. “Herninq-2009” dünya çempionatında ona qızıl medal qismət oldu. İstanbulda Daşkənddə keçirilən növbəti dünya çempionatlarında isə gümüş bürünc medallar qazana bildi.

Üçrəngli bayrağımız altında çıxış edən güləşçinin Avropa çempionatlarında qazandığı qızıl medallar daha çoxdur. 2008-ci ildə Tamperedə, növbəti ildə Vilnüsdə, 2011-ci ildə Dortmundda 2014-cü ildə Vantaada keçirilən Avropa çempionatlarında parlaq qələbələr qazanaraq bizi məhz qızıl medallarla sevindirdi.

Mariya Stadnik əldə etdiyi nailiyyətlərlə arxayınlaşan idmançı deyil. O öz bacarığını, səriştə təcrübəsini ildən-ilə artırır. Bunun səbəblərindən biri həyat yoldaşının da güləşçi olmasıdır. Yeri gəlmişkən, Mariya iki körpənin anasıdır. İkinci övladı cəmi iki il bundan qabaq dünyaya gəlsə , Mariya nəinki öz əvvəlki formasına qayıda bilmiş, hətta ustalıq səviyyəsini xeyli artırmağa nail olmuşdur.

Mariya deyir ki, idmançı ailəsində böyüməyib. Sadəcə olaraq uşaqlıqdan idmanı sevib qismətinə idmançılar ailəsinə gəlin köçmək düşüb. Bir il əvvəl dünyasını dəyişən qayınatası məşqçi olub. Həyat yoldaşı Andrey , onun qardaşı bacısı da idmançıdırlar. Beləliklə, Stadniklər ailəsi güləş dünyasında yaxşı tanınır. Bu ailənin üzvləri üç müxtəlif ölkənin - Ukraynanın, Azərbaycanın Böyük Britaniyanın yığmasında çıxış edirlər. Odur ki, bir yerə toplaşanda sözləri, söhbətləri yalnız güləş barədə olur.

Mariya özünü xoşbəxt sayır. Peşəsindən, ona yaradılan şəraitdən, ailəsindən çox razıdır. Bir xoşbəxtliyi ondadır ki, onun səadətinin keşiyində iki ana dayanıb. Deyir ki, vaxtı az olduğundan evdə yeməkləri qayınanası bişirir. Hərçənd Mariya özü bu işi pis bacarmır. Məşqlər etdiyi, yarışlara hazırlaşdığı vaxtlarda isə körpələri öz öhdəsinə Mariyanın Ukraynada yaşayan anası götürür. Bununla belə, Mariya boş vaxtlarını uşaqları ilə keçirməyi üstün tutur. Dincəlmək üçün qalan bütün vaxtını onlara həsr edir, bu onun üçün ən gözəl istirahətdir.

Mariyanın ən böyük xoşbəxtliklərindən biri Azərbaycana gəlməsidir. Ukraynanı doğulub böyüdüyü vətəni kimi sevir. Azərbaycan isə mənə öz istedadımı nümayiş etdirib, işimi görmək imkanı yaradıb. Bütün dünya Mariya Stadnik kimi idmançını Azərbaycanın sayəsində tanıdı. Buna görə məni bu ölkəyə gətirən taleyimə minnətdaram”, - deyir.

“Bakı-2015” I Avropa Oyunlarında qızıl medala layiq görülən Mariyanın sevinci qüruru aşıb-daşır. O, hələ Avropa Oyunlarının Parisdə keçirilən təqdimatında iştirak etmiş, bu mötəbər idman yarışı ilə bağlı müsahibələr vermiş qalib olmaq arzusunu bildirmişdi. İndi buna nail olduqdan sonra sevincini belə ifadə edir: “Çox sevinirəm ki, qızıl medal qazanmışam. Bu mənim üçün böyük şərəfdir. Mən həm Avropa Oyunlarının elçisi idim, daha sonra məşəli daşıyanlardan biri oldum. İndi isə həm Avropa Oyunlarının qalibiyəm. Buna görə çox xoşbəxtəm. Çox razıyam ki, bu gün məni bu qədər tamaşaçı dəstəklədi. Onlara minnətdaram. İlk növbədə Prezident İlham Əliyevə ailəsinə minnətdarlığımı bildirirəm. Mən gözəl güləş göstərmək istəyirdim ki, hamının xoşuna gəlsin. Ona görə indi sevincimdən göyün yeddinci qatındayam”.

Prezident İlham Əliyevin Mariya StadnikiŞöhrətordeni ilə təltif etməsi bu sevinci ikiqat artırıb.

Mariyanın arzuları çoxdur. Növbəti olimpiadalarda digər mötəbər idman yarışlarında yenə qalib olmaq, oğlanlarını böyütmək onlarla yarışmaq (bu istəyini bildirəndə gülür), başa düşdüyü, sevdiyi, lakin hələ yaxşı danışa bilmədiyi Azərbaycan dilini öyrənmək... Məqsədi Azərbaycan xalqının dövlətinin ona bəslədiyi inamı göstərdiyi etimadı həmişə layiqincə doğrultmaqdır. Bunun üçün yenə çalışmaq, mütəmadi məşqlər etmək əzmindədir. Məşqlərə gedəndə bəzən böyük oğlunu da özü ilə aparır ki, idmanı görsün, sevsin.

Adəti üzrə gülümsəyə-gülümsəyə danışır ki, uşaqlarının qalib gələn idmançıların qızıl medalı dişlədiklərinə baxmaqdan çox xoşları gəlir. Hərdən evdə xəlvətə salıb Mariyanın medalları iləməşq edirlər”. Mariyanın bir arzusu da onların öz medallarını görməkdir.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 4.