Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 236                         Bakı şəhəri, 23 iyun 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq edilmişTibbi sığorta müqaviləsinin forması bağlanma Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Tibbi sığorta haqqındaAzərbaycan  Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1211-IVQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1145 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 213; 2008, № 2, maddə 108, № 6, maddə 581) ilə təsdiq edilmişTibbi sığorta müqaviləsinin forması bağlanma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissənin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Tibbi sığorta təşkilatı icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən sığorta marağı olan sığortalıyla icbari tibbi sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.”.

2. 6-cı hissəyəsığortalıylasözündən sonrakönüllü tibbisözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 1.