Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
240 Bakı şəhəri,
25 iyun 2015-ci il
“Azərbaycan Respublikasında
balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1220-IVD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1149 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 49, № 6, maddələr 540, 555, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2012, № 5, maddə 474; 2014, № 11, maddə 1508) ilə təsdiq edilmiş “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 1 və 2 nömrəli əlavələrindən “əhəmiyyətli” sözü çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 5 iyul.- S. 1.