Ərəstun Mehdiyev: Azərbaycan milli mətbuatı 140 il ərzində şərəfli yol keçib

 

Azərbaycan milli mətbuatı 140 il ərzində şərəfli yol keçib. Milli mətbuatımız həmişə Azərbaycan xalqının maraqlarına xidmət edib, onun tarixini, mədəniyyətini, zəngin ənənələrini, həmçinin problemlərini qazandığı uğurları işıqlandırıb.

Bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib.

Ərəstun Mehdiyev deyib: “Bu il Azərbaycan milli mətbuatının 140 illik yubileyini qeyd edirik. Məlum olduğu kimi, bu yubileyin qeyd olunması məqsədilə Prezident İlham Əliyev iyunun 2-də sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Bakıda geniş tədbirlər keçirilir”.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan xalqının əldə etdiyi uğurlarda milli mətbuatımızın böyük rolu var. “Əkinçiqəzeti ilə başlanan ənənələr sonrakı dövrlərdə davam etdirilib. Müstəqillik dövründə Azərbaycan mətbuatının üzərinə böyük öhdəliklər düşür. Sevindirici haldır ki, milli mətbuatımız qarşısında duran missiyanı uğurla, şərəflə həyata keçirir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 2.