Azərbaycanın müdafiə naziri Latviyada bir neçə hərbi obyektdə olub

 

Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkəninAdajihərbi bazası, birgə hücumun idarə edilməsi terminalı, partlayıcı maddələrin zərərsizləşdirilməsi məktəbi, tibb mərkəzi “SWATH” patrul gəmisi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tanışlıq zamanı Azərbaycanın müdafiə nazirini Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Raymonds Qraube müşayiət edib.

Səfər iyulun 4-də başa çatacaq.

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 2.