“Chatham House” Azərbaycanın suverenliyinə müstəqilliyinə hörmətlə yanaşdığını bildirir

 

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin iştirakı ilə “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda iyulun 8-də keçirilməsi nəzərdə tutulan tədbirlə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən “Chatham House”a etiraz məktubu ünvanlanıb müvafiq görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nun rəhbərliyi tərəfindən səfirliyə göndərilmiş cavab məktubunda belə bir görüşün təşkilinin heç bir halda qondarmaDağlıq Qarabağ respublikası”nın mövqeyinin təsdiqi ya tanınması mənası daşımadığı vurğulanır. Bako Saakyanın səfəri ilə əlaqədar Azərbaycanın narahatlığının başa düşüldüyü qeyd olunaraq, “Chatham House”un Azərbaycanın suverenliyinə müstəqilliyinə hörmətlə yanaşdığı bildirilir.

Məktubda bu görüşün KİV-in iştirakı ilə keçirilən ictimai tədbir xarakteri daşımadığı, yalnız institutun məhdud saylı ekspertlərinin iştirakı ilə “Chatham House qaydalarıəsasında təşkil ediləcəyi qeyd olunaraq heç bir halda separatizm məramlarının təşviqinə xidmət etmədiyi diqqətə çatdırılır. Həmçinin bu tədbirin məhdud çərçivədə keçiriləcəyi nəzərə alınaraq onun barəsində “Chatham House”un internet saytında verilmiş elanın da çıxarıldığı məktubda qeyd olunur.

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 2.