İpək Yolufestivalı çərçivəsindəZirvəansamblının konserti olub

 

Şəkiİpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində Yay teatrında ŞəkininZirvəansamblının konserti olub.

Konsertdən əvvəl məlumat verilib ki, respublikamızın tanınmış musiqi kollektivlərindən olanZirvəxalq instrumental ansamblı 1972-ci ildə Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına mərkəzi mədəniyyət evinin nəzdində yaradılıb. Ötən əsrin 70-ci illərindən başlayaraq kollektiv respublikamızın bir çox şəhər rayonlarında, həmçinin keçmiş sovet respublikalarının müxtəlif şəhərlərində konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. Xalq yaradıcılığına həsr olunan müxtəlif müsabiqələrin laureatı olanZirvəansamblı 1996-cı ildə TürkiyəninEşməşəhərində keçirilənSənət kilimfestivalında ölkəmizi layiqincə təmsil edib. Kollektiv ədəbiyyat incəsənət xadimləri, tanınmış musiqiçi müğənnilərin iştirakı ilə müxtəlif yaradıcı tədbirlərdə çıxış edib. Zirvəansamblı öz yaradıcılıq dəst-xətti ifaçılıq mədəniyyəti ilə ümumxalq məhəbbəti qazanıb.

Hazırda ansambla Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbov rəhbərlik edir.

Ansamblın solistlərindən Anar Həsənli, Azər İskəndərov, Elvin Əhmədov, Seymur Qasımzadə, Məlahət Mahmudova başqalarının ifa etdikləri görkəmli Azərbaycan bəstəkarlarının əsərləri xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 8.