Ankarada keçirilən Beynəlxalq Ramazan FestivalındaAzərbaycan gecəsitəşkil olunub

 

Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 6-cı Beynəlxalq Ramazan Festivalı çərçivəsindəAzərbaycan gecəsikeçirilib. Bununla əlaqədar həmin bələdiyyənin təşkilatçılığı Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Ramazan Festivalının keçirildiyi ərazidə ölkəmizə xas olan tarixi, mədəni incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan Evinin açılışı olub.

Azərbaycan Evini ziyarət edən çoxsaylı qonaqlaraHeydər Əliyevİlham Əliyevkitabları, “İrs-MirasDiplo Atlas” jurnalları, o cümlədən ölkəmizlə bağlı digər əyani vəsaitlər hədiyyə edilib.

Açılışda çıxış edən Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev, Ədalət İnkişaf Partiyasından deputat Orxan Atalay bildiriblər ki, bu cür tədbirlər xalqlarımız arasındakı dostluq qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

Festival çərçivəsində Azərbaycana həsr edilən gecə maraqlı konsert proqramı ilə davam edib.

Azərbaycandan gələn incəsənət ustalarının ifasında səslənən muğamlar xalq mahnılarımız tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

 

Sabir ŞAHTAXTI,

AZƏRTAC-ın xüsusi müxbiri

 Ankara

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 8.