Kvancuda tələbələrin 28-ci Dünya Yay Universiadası start götürüb

 

Koreya Respublikasının Kvancu şəhərində tələbələrin 28-ci  Dünya Yay Universiadası başlayıb.

Kütləviliyinə görə yalnız Olimpiya Oyunlarından geri qalan universiadalar iki ildən bir keçirilir. Sabahı işıqlandırdevizi altında keçirilən budəfəki universiadada 146 ölkədən 13 mindən çox idmançı iştirak edir. Tələbə-atletlər yarışların davam edəcəyi 12 gün ərzində 21 idman növündə 272 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışların keçirilməsi üçün 37 arena ayrılıb. 

Azərbaycan bu mötəbər idman yarışında cüdo, atletika qılıncoynatma növləri üzrə təmsil olunur. Cüdo yarışlarında David Məmmədov (60 kq), Hüseyn Rəhimli (73 kq) Abdulhaqq Rəsullu (81 kq) qüvvələrini sınayacaqlar. Kazan Universiadasının qalibi Hayle İbrahimov (qaçış, 5000 m) Hanna Skidan (çəkic atma) atletika yarışlarında ölkəmizi təmsil edəcəklər. Bundan başqa, I Avropa Oyunlarının mükafatçıları - Sevil Sevinc Bünyadova bacıları Səbinə Mikina qılıncoynatma yarışlarında medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycan idmançıları ötən universiadalarda böyük uğurlar qazanıblar. İdmançılarımız 2013-cü ildə Kazan şəhərində keçirilmiş 27-ci Dünya Yay Universiadasında 16 medalla (4 qızıl, 5 gümüş, 7 bürünc) ümumi hesabda 15-ci, Avropada 9-cu, müsəlman ölkələri arasında 1-ci olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev Kazan Universiadasının qaliblərini onların məşqçilərini qəbul etmiş,  onların mükafatlandırılması haqqında xüsusi sərəncam imzalamışdı.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 8.