Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
243 Bakı şəhəri,
25 iyun 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarına kömək
Fondu haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 13.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 39) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 5.5.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.5.4. xərclənmiş vəsaitin məbləği və təyinatı;”.
2. Aşağıdakı məzmunda 5.5.5-ci yarımbənd əlavə edilsin:
“5.5.5. müraciətin tarixi.”.
3. 5.6.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.6.3. ödənilməli olan vəsaitin məbləği və təyinatı;”.
4. Aşağıdakı məzmunda 6.5-ci bənd əlavə edilsin:
“6.5. Fondun sədri bu Əsasnamənin 3.1.1-ci və 6.3.6-cı yarımbəndlərində nəzərdə tutulan işlər üzrə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlayır və ona xitam verir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 7 iyul.- S. 1.