Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 244                                    Bakı şəhəri, 25 iyun 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmişİnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 13.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1063; 2006, № 5, maddə 476; 2013, № 8, maddə 995) ilə təsdiq edilmişİnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.12-ci, 3.10-cu 3.11-ci bəndlər əlavə edilsin:

“2.12. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorla razılaşdırmaqla xüsusi müəssisə tərəfindən insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdankənar mütəxəssislər cəlb edilirlər.

3.10. Xüsusi müəssisədə insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması istifadəsi üçün konfidensial elektron məlumat bazası yaradılır. Həmin bazanın məlumatları insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təqdim edilir.

3.11. İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları xüsusi müəssisənin fəaliyyətinin təşkil edilməsi, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi onların sosial reabilitasiyası üzrə işlərə cəlb olunurlar.”.

2. 2.3-cü yarımbənddənƏdliyyə Nazirliyi,” sözləri çıxarılsın.

3. 3.1.3-cü yarımbənd ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 1.