Azərbaycan Fransa arasında kosmik nüvə tədqiqatları üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

 

İyulun 6-da Rabitə yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda səfərdə olan Fransanın xarici ticarət, turizmin inkişafı xaricdəki fransızlarla üzrə dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Fransa arasında kosmik nüvə tədqiqatları üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Rabitə yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda aparılan islahatlar, həyata keçirilən milli regional layihələr, o cümlədən, kosmik sənayenin inkişafı, nanotexnologiyaların nüvə tədqiqatlarının genişləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Nazir, həmçinin yüksək texnologiyaların tətbiqi ilə Fransa şirkətləri tərəfindən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasını xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Matias Fekl Azərbaycanın İKT sektorunda Fransa şirkətlərinin iştirakından ilk peykin kosmik fəzaya buraxılmasında fransız maliyyə təsisatlarının verdiyi töhfədən məmnunluğunu ifadə edib. O, gələcəkdə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd edib həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulayıb.

Nazir Əli Abbasov fransız şirkətləri ilə əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını, eyni zamanda İKT sahəsində qurulan münasibətlərin siyasi münasibətlərin daha da yaxınlaşmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Görüşdə Fransanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Paskal Mönye iştirak edib.

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 3.