Azərbaycan ilə Fransa arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Fransanın xarici ticarət, turizmin inkişafı xaricdəki fransızlarla üzrə Dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Fransa arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti gələcək perspektivləri müzakirə edilib.

Əbülfəs Qarayev bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət kəsb edir.

Görüşdə vurğulanıb ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir bu mövqeyin davamı olaraq bütün məsələlərdə beynəlxalq hüquq normalarının əsas götürülməsi, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri separatçı rejim ilə Fransanın regionları arasında əməkdaşlıq cəhdlərinin qarşısının alınması vacibdir.

Əbülfəs Qarayev qeyd edib ki, cari ilin mayında Xorvatiyada keçirilmiş Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında "Münaqişə zonalarının turizm məkanı kimi turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnaməyə dair qərarın qəbulunda Fransa tərəfinin dəstəyi təqdirəlayiqdir. Lakin bu qərarın icrasının Fransada keçirilən turizm sərgilərində təmin edilməsi üçün bu ölkənin dövlət özəl qurumları tərəfindən səylərin artırılması zəruridir.

Səmimi qəbula görə təşəkkürünü bildirən fransalı qonaq öz növbəsində, ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bu istiqamətdə lazımi fəaliyyətin həyata keçirilməsinə hazırlıqlarını dilə gətirib.

Görüşdə viza prosedurunun sadələşdirilməsi, turizm marşrutları, birgə infoturların təşkili, turizm menecmenti üzrə təhsili sahəsində əməkdaşlıq, mətbəx mübadiləsi layihələri kimi məsələlərə toxunuldu.

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 3.