Azərbaycan idman yarışlarının təşkilinin ən mükəmməl örnəyini yaratdı

 

Gənclərimiz “Bakı-2015” sınağından uğurla çıxdılar

 

I Avropa Oyunları yekunlaşsa da, bununla bağlı təkcə ölkə mediasında yox, xarici KİV- hər gün məqalələr dərc olunur paytaxtımız haqqında, “Bakı-2015”in təşkilatçılığı barədə xoş təəssüratlar söylənilir.

Ölkəmizdən kənarda yaşayan, xarici ölkələrin universitetlərində təhsil alan gənclərimizin sevincinin həddi-hüdudu yoxdur. Bu da səbəbsiz deyil.

Avropa Oyunları onların da ölkəmizlə bağlı aparılan təbliğat kampaniyalarında daha həvəslə iştirak etməsi üçün bir stimul oldu. Xaricdə təhsil alan gənclərimizin əksəriyyəti yay tətili olduğu üçün “Bakı-2015”i Vətəndə izləmək şansı qazanmışdılar onlar əsl idman bayramının canlı şahidləri oldular. İndi isə xoş təəssüratlarını bölüşmək üçün təhsil aldıqları ölkəyə gedəcəkləri günü səbirsizliklə gözləyirlər. Belə gənclərdən biri Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin tələbəsi Əli Əliyevdir.

Əli ilk Avropa Oyunlarının əksər yarışlarını arenalarda izləyərək Azərbaycan idmançılarının şanlı qələbələrinin sevincini yaşayıb. Təəssüratını bölüşən Əli dedi ki, hər şeydən öncə “Bakı-2015” Azərbaycan xalqının hakimiyyətlə həmrəy olduğunu dünyaya nümayiş etdirdi. Bu idman bayramı Azərbaycan xalqının birliyini göstərdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın yüksək peşəkarlığı, qətiyyətliyi Avropa Oyunlarının uğurla başa çatmasına səbəb oldu: “Üzərinə götürdüyü öhdəlikləri daim ən yüksək formada yerinə yetirən Azərbaycan ilk Avropa Oyunları ilə bir daha bu qabiliyyətini dünyaya nümayiş etdirdi. “Bakı-2015”in beynəlxalq standartlar səviyyəsində təşkili, möhtəşəm evsahibliyi Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin dünyada təbliği işində ortaya qoyduğu qətiyyətli siyasətə dəstək verdi. Azərbaycan bu mötəbər idman yarışını ən yüksək formada keçirməklə adını dünya idmanı tarixinin ilk səhifəsinə yazdırdı. Bundan sonra keçiriləcək Avropa Oyunlarında Azərbaycan örnəyi göstəriləcək. Çünki Oyunların açılış bağlanış mərasimlərinin möhtəşəmliyi Avropada böyük maraqla qarşılandı. Avropanın, xüsusən Türkiyə mətbuatını mütamadi izləyən bir gənc kimi deyə bilərəm ki, bütün yazılarda həmin mərasimlərlə bağlı ən gözəl sözlər söylənilir, Azərbaycanın gənc müstəqil kiçik bir ölkə olmasına baxmayaraq qüdrətli dövlət olduğu vurğulanırdı. Bu gün Avropa Oyunları ilə bağlı xoş təəssüratlar yazılır. Bu isə bizi daha da qürurlandırır”.

Əli deyir ki, Azərbaycan Avropa Oyunlarının keçirildiyi 17 gün ərzində çox böyük uğura imza atdı. Həm açılış, həm bağlanış mərasimlərində dünyayaSarı gəlinmusiqisinin məhz Azərbaycan xalq mahnısı olduğunun çatdırılması, arenalarda tütək, ney, tar musiqi alətlərindən ibarət kompozisiyaların səsləndirilməsi, eyni zamanda mədəniyyətimizin, incəsənətimizin təbliği idi. Turistlərin Azərbaycanla tanışlığı, milli mətbəximiz, tarixi abidələrimiz, xalqımızın qonaqpərvərliyi, tolerantlığı ölkəmizə olan marağı daha da artırdı: “Ölkəmizə gələn əcnəbi turistlər xalqımızın gülərüz, mehriban, qonaqpərvər olduğunu etiraf edir, Bakıda qədimiliklə müasirliyin maraqlı tandem yaratdığını söyləyirdilər. Bu da gələcəkdə ölkəmizin turizim potensialının yüksəlməsinə böyük töhfə verəcək.”

Əli Əliyevin fikrincə, dövlətimizin Avropa Oyunlarına ən yüksək şəkildə evsahibliyi etməsi Azərbaycanın digər böyük yarışları keçirməsi üçün namizədliyini irəli sürəndə şübhə yaratmayacaq. Yəni, əvvəllər Azərbaycan Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı namizədliyini verərkən Beynəlxalq Olimpiya Komitəsində yarışların təşkili məsələsində bəzi inamsızlıq yaranırdısa, “Bakı-2015” bunu yox etdi. Bakıda tikilən müasir idman arenaları, Mingəçevir şəhərində təşkil olunan avarçəkmə yarışları Azərbaycanın yüksək təşkilatçılıq qabilliyyətini göstərdi. Ölkə ictimaiyyəti həm yarışların keçirilməsində, həm azarkeşlik baxımından böyük fədəkarlıq göstərdi. Bunu əcnəbi idmançıların, məşqçilərin söylədikləri etiraflardan da aydın görmək olar. Bu gün istənilən azərbaycanlı gənc xarici ölkəyə getdikdə Azərbaycan pasportu daşıdığı üçün fəxr edir. Çünki Prezident İlham Əliyevin yürütdüyü siyasət, diplomatiya sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi tanınır. “Bakı-2015”in ölkəmizdə keçirilməsi Avropanın Azərbaycana axını isə bir daha qədər qüdrətli dövlət olduğumuzu nümayiş etdirdi. Prezident İlham Əliyev boks yarışlarında qalibləri mükafatlandırarkən dünyaya göstərdi ki, idman yarışları barış, sülh deməkdir Azərbaycan hər zaman sülhün, əmin-amanlığın tərəfdarıdır.

Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar verildikdən sonra ən vacib məsələlərdən biri könüllülərin hazırlanması idi. Bu işdə isə gənclərimiz böyük həvəs göstərdilər. Onlar da sübut etdilər ki, dövlətimizin uğuru naminə istənilən işin öhdəsindən gəlməyə qadirdirlər. Bir sözlə, könüllülər öz işləri ilə Azərbaycanı qədər sevdiklərini nümayiş etdirdilər. Dövlət başçısı da onlara öz təşəkkürünü bildirdi.

Əli Əliyev sonda vurğuladı ki, Avropa Oyunları Azərbaycanın dünyaya açılan yoluna işıq saldı, ölkəmiz günəş kimi parladı. Xarici ölkədə təhsil alan bir gənc kimi mən gündən-günə hərtərəfli inkişaf edən, dünyada öz sözünü deyən ölkənin vətəndaşı olduğum üçün fəxr edirəm.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 4.