Ramzin Azizsir: Birinci Avropa Oyunlarına ev sahibliyi etmək böyük imtiyazdır

 

Bakıda birinci Avropa Oyunlarının bürünc mükafatçısı, Almaniyadan olan yunan-Roma güləşçisi Ramzin Azizsir AZƏRTAC-a müsahibəsində Oyunların təşkili barədə yüksək fikirdə olduğunu bildirib.

O deyib: “Hər şey çox peşəkarcasına təşkil edilmişdi. Həqiqətən təşkilatçılar birinci Avropa Oyunlarının unudulmaz olması üçün çox çalışmışdılar. Ümumiyyətlə, birinci Avropa Oyunlarına ev sahibliyi etmək böyük imtiyazdır. Bu imtiyaz da Azərbaycana nəsib olub. Azərbaycan haqlı olaraq bununla fəxr edə bilər”.

İdmançı etiraf edib ki, zəngin Azərbaycan mədəniyyətinin tarixinin bütöv spektrinin təqdim olunduğu Oyunların açılış bağlanış mərasimləri onda böyük təəssürat oyadıb.

İdman obyektlərini Atletlər Kəndini yüksək qiymətləndirən güləşçi deyib: “Bakı Yay Olimpiya Oyunlarını qəbul etməyə tam hazır vəziyyətdədir. Yeni stadion çox rahat, müasir yaraşıqlıdır. İdmançıların Atletlər Kəndində yaşayış şəraiti tam qənaətbəxşdir. Mən heç bir rahatsızlıq hiss etmədim”.

Ramzin Azizsir deyib ki, yarışlara ciddi hazırlaşıb. Amma rəqibləri çox hazırlıqlı olublar. Buna görə bürünc medal qazana bilməsindən məmnundur.

Sonda Azərbaycan xalqına firavanlıq yeni nailiyyətlər arzulayan idmançı deyib: “Könüllülərin fədakar əməyini xüsusi qeyd etmək istəyirəm. Çox nəzakətli daim kömək etməyə hazır idilər. Azərbaycanda yeni dostlar tapdım. Mən mütləq Bakıya qayıdacağam. Həm rinqdə döyüşmək üçün, həm turist kimi.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 5.